...

Azərbaycan prezidenti parlament seçkilərinə hazırlıq və onun keçirilməsi ilə əlaqədar təcili tədbirlərin görülməsi barədə sərəncam imzalayıb

Siyasət Materials 25 Oktyabr 2005 18:31 (UTC +04:00)
Azərbaycan prezidenti parlament seçkilərinə hazırlıq və onun keçirilməsi ilə əlaqədar təcili tədbirlərin görülməsi barədə sərəncam imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 25-də parlament seçkilərinin keçirilməsi və ona hazırlıqla bağlı təcili tədbirlərin göürlməsi ilə bağlı sərəncam imzalayıb. Bu barədə Trend məlumat verib.

Sənədə görə, Milli Məclisə Nizamnamə kapitalında xarici fiziki və hüquqi şəxslərin payının 30 % təşkil etdiyi qeyri-hökumət təşkilatlarının seçkilərdə müşahidəçi qismində iştirakını qadağan edilməsinin ləğvi məsələsinin müzakirə olunması tövsiyə edilib. MSK-na ən qısa müddətdə səsvermə zamanı barmaqların şəffaf mürəkkəblə işarələnməsi sisteminin tətbiqi barədə təlimatın hazırlanması və onun müzakirəyə çıxarılması tövsiyə olunub. Eyni zamanda, ən qısa müddətdə seçici hüquqlarının pozulması ilə bağlı təlimatın hazırlanması və təsdiqlənməsi tapşırılıb. MSK -ya seçkiqabağı təbliğat zamanı deputatlığa namizədlər tərəfindən yol verilən hüquq pozuntuları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirmək, eləcə də məntəqə seçki komissiyalarında seçici siyahılarının bütün maraqlı tərəflərin nəzərdən keçirməsi üçün şəraitin təmin edilməsi tapşırılıb.

DİN tapşırılıb ki, seçki gününə qədər səsvermə hüququ olan bütün vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilsin. Rabitə İnformasiya texnologiyaları Nazirliyinə və "Azərenerji" Səhmdlar Cəmiyyətinə seçki günü müvafiq binaların və obyektlərin rabitə və elektrik enerjisi ilə təchizatını təmin edən zəruri tədbirlər görmək barədə əmr verilib. DİN və yerli icra hakimiyyəti orqanlarına deputatlığa namizədlərin seçkiqabağı təbliğatı, eləcə də "Sərbəst toplaşma barədə" Qanuna müvafiq olaraq siyasi partiyaları və seçki bloklarını kütləvi aksiyalar keçirmək üçün şərait yaradılması ilə bağlı göstəriş verib.

Baş prokurorluğa ən qısa müddətdə seçkilər ərəfəsində MSK-ay daxil olan hüquq pozuntuları barədə şikayətləri araşdırmaq və günahkarları məsuliyyətə cəlb etmək tapşırılıb. Prezidentin 11 may 2005-ci il "Seçki təcrübəsinin yaxşılaşdırılması barədə" sərəncamında qeyd olunan müvafiq dövlət orqanlarına 5 gün ərzində müvafiq hesabatlar hazırlamaq barədə əmr verilib.

Xəbər lenti

Xəbər lenti