...

ATƏT DİİHB-nin müşahidəçi missiyası parlament seçkilərindən sonra Azərbaycandakı vəziyyəti qiymətləndirəcək

Siyasət Materials 25 Oktyabr 2005 19:45 (UTC +04:00)

ATƏT-in demokratik institutlar və insan haqları Bürosunun (DİİHB) müşahidəçi missiyası Azərbaycandakı seçkiqabağı vəziyyəti diqqətlə izləməkdə davam edir və yalnız səsvermə günündən sonra son qiymətini verəcək. Bu barədə Trend ə missiya rəhbərinin assistenti Haydi Smit "Parlament seçkilərinə hazırlıq və seçkilərini keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" Azərbaycan prezidentinin 25 oktyabr tarixli sərəncamını şərh edərkən bildirib.

H. Smit qeyd edib ki, barmaqların mürəkkəbə salınması sistemindən istifadə və QHT tərəfindən seçkilərin monitorinqinə qadağanın ləğv edilməsi, xarici fiziki və hüquqi şəxslərin nizamnamə kapitalında 30% təşkil edən payı kimi məsələlər beynəlxalq təşkilatlar, o cümlədən ATƏT tərəfindən əvvəllər təklif olunmuş tövsiyələrin bir hissəsidir.

Xəbər lenti

Xəbər lenti