...

Akif Muradverdiyev və Fikrət Sadıqov hakimiyyətin zorla ələ keçirilmə cəhdində təqsirləndirilir

Siyasət Materials 25 Oktyabr 2005 21:44 (UTC +04:00)

Azərbaycan Respublikasında hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, kütləvi iğtişaşa hazırlıq, mənimsəmə və ya israfetmə maddələri ilə başlanmış cinayət işi üzrə aparılan istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə bir sıra yeni hallar və cinayətin başqa iştirakçıları da aşkar edilmişdir. Trend bildirir ki, Azərbaycan prokurorluğunun, Milli təhlükəsizlik və daxili işlər nazirliklərinin birgə məlumatında Azərbaycan prezidentinin İcra aparatının işlər idarəsinin sabiq müdiri Akif Muradverdiyev və "Azərkimya" DŞ-nin sabiq prezidenti Fikrət Sadıqov külli miqdarda dövlət əmlakını talamaqda, qulluq mənafeyi əleyhinə cinayətlər törətməkdə taqsırlandırılaraq barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa elan olunmuş Rəsul Quliyev, eləcə də sabiq səhiyyə naziri Əli İnsanov, sabiq inkişaf naziri Fərhad Əliyev, sabiq maliyyə naziri Fikrət Yusifov və hakimiyyətin zorla ələ keçirilməsində maraqlı olan digər şəxslərlə cinayət əlaqəsinə girmişlər.Onlar Novxanı -Sumqayıt yolunun kəqprındakı Flaqman restoranında, habelə paytaxt və ətraf rayonlardakı müxtəlif mənzillərdə, eləcə də bağ evlərində keçirdikləri gizli görüşlərdə hakimiyyətin zorla ələ keçirilməsi, planlaşdırılan kütləvi iğtişaşlara cəlb ediləcək təxribatçı dəstələrin təşkili və bu işlərin maddi təminatı məsələlərində razılığa gəlmişlər.

İstintaq araşdırmaları göstərib ki, təqsirləndirilən şəxs qismində cəlb olunmuş F.Yusifov R.Quliyevin tapşırığı ilə "Azərkimya" DŞ-nin sabiq prezidenti F.Sadıqovla onun xidməti kabinetində görüşərək Azərbaycanda hakimiyyətin zorla ələ keəçirilməsi üçün maliyyə vəsaitlərinin gərəkli olduğunu bildirib.Bu təşəbbüsü dəstəkləyən F.Sadıqov onunla mütəmadi olaraq görüşərək ayrı-ayrı vaxtlarda müxtəlif məbləğdə pul vermişdir.

F.Yusifov ifadəsində pulun alınması barədə apardıqları telefon danışıqları zamanı konspirasiya məqsədilə müxtəlif kodlaşdırılmış sözlərdən istifadə etdiklərini göstərib.Əldə olunmuş razılığa əsasən, F.Sadıqov sürücüsü Qəhrəman Qəhrəmanov vasitəsilə 2005-ci il oktyabrın 16-da Flaqman restoranında F.Yusifova 10 000 ABŞ dolları məbləğində pul çatdırıb.Şahid qismində istintaqa ifadə verən F.Sadıqov bu məqsədlərlə hələ 2001-ci ildən başlayaraq ayrı-ayrı vaxtlarda F.Yusifova müxtəlif məbləğlərdə cəmi 30 000 ABŞ dolları pul verdiyini təsdiqləmişdir.İstintaqın gedişatında AR prezidentinin İcra aparatı işlər idarəsinin sabiq müdiri A.Muradverdiyev 2005-ci il oktyabrın 22-də AR baş prokuroruna ərizə ilə müraciət edərək dövlət hakimiyyəti əleyhinə hazırlanan cinayətlə bağlı ona məlum olan faktları açıqlamaq istədiyini bildirib.O, verdiyi ifadədə cari il oktyabr ayının 13-də sabiq iqtisadi inkişaf naziri F.Əliyevin xidməti kabinetində görüşdüyünü və F.Əliyevin indiki hakimiyyətin sonuna az qaldığını, özünün və Ə.İnsanovun heç nədən qorxmadığını bu baxımdan mövcud iqtidara qarşı fəaliyyətin gücləndirilməsini n vacibliyi barədə danışdığını qeyd edib.

Cinayət işi üzrə təqsirləndirilən, habelə şübhəli şəxs və şahid qismində dindirilən şəxslər A.Muradverdiyevin antikonstitusion hərəkətlərin hazırlanmasında yaxından iştirak etdiyini öz ifadələrində təsdiqləmiş və sonuncu 24 oktyabr 2005-ci il tarixdə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində Nəsimi rayon məhkəməsinin nərarı ilə həbs qətimkan tədbiri seçilib.A.Muradverdiyevin Novxanıdakı bağ evində aparılan axtarış zamanı 32 700 ABŞ dolları, 14 000 avro, 9 100 Böyük Britaniya funt sterlinqi, habelə digər xarici valyutalar, 209 ədəd müxtəlif nominallı qızıl pul, 40 ədəd qızıl saat və digər zinət əşyaları aşkar edilərək maddi sübut kimi götürülüb.

Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində hakimiyyətin zorla ələ keçirilməsinə hazırlıq cinayətində şübhəli bilinən 1947-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş, Xızı rayonu bələdiyyəsinin sədri Nəcəfqulu Quliyev tutulub.

O, instintaqa verdiyi ifadəsində sabiq səhiyyə naziri Ə.İnsanovun və A.Muradverdiyevin Xızı rayonu, Altıağac bələdiyyəsinin Qızılqazma kəndi ərazisindəki bağ evlərində tez-tez görüşdüklərini, həmin şəxslərin iqtidar əleyhinə fikirlər söylədiklərini, son aylarda isə onların hakimiyyətin zorla ələ keçirilməsinin zəruriliyi barədə söhbətlər apardıqlarının şahidi olduğunu bildirib. N.Quliyev ayrı-ayrı görüşlərdə F.Sadıqovun və tanımadığı digər şəxslərin də iştirak etdiyini vurğulayıb.İstintaq araşdırmaları ilə müəyyən edilib ki, R.Quliyev 2005-ci il oktyabr ayının əvvəllərində yaxın münasibətlərdə olduğu və 1980-ci illərdə rəhbərlik etdiyi "Azərneftyağ" zavodunda müqavilə əsasında rəssamlıq işləri görən Sabir Baxşəliyevlə gizli telefon nömrəsi vasitəsilə əlaqə yaradaraq Bakı hava limanında onun həbsinə maneəçilik törədilməsində özünün iştirakı və bu işə başqalarını da cəlb etməsi barədə şəxsən tapşırıqlar verib.

Bununla bağlı zəruri iş aparan S.Baxşəliyev eyni zamanda 2005-ci il 17 oktyabr tarixində polis orqanları tərəfindən asayişin mühafizəsi üzrə görüləcək qabaqlayıcı tədbirlər barədə məlumat əldə etmək üçün məqsədyönlü addımlar atıb.Belə ki, o, əvvəllər "Azərneftyağ" İB-də fəhlə işləmiş 1992-ci ildən tanıdığı və yaxın münasibətlərdə olduğu Bakı şəhəri Nəsimi rayon polis idarəsinin rəis müavini İlqar Rəhimzadə ilə əlaqə yaradaraq 2005-ci il 16 oktyabr tarixdə sonuncunun dəvətilə onun iş otağında görüşüb.Vəzifə borcuna xəyanət edən İ.Rəhimzadə Bakı şəhərində ictimai təhlükəsizliyin qorunması üzrə həyata keçiriləcək işləri əks etdirən və icra olunması üçün ona verilmiş tədbirlər planı ilə S.Baxşəliyevi tanış edib.Həmin planın üzünü köçürən S.Baxşəliyev onun məzmunu polis qüvvələrinin dislokasiyası barədə məlumatları İ.Rəhimzadənin iş otağından telefon vasitəsilə müvafiq maraqlı şəxslərə ötürüb.

Törətdikləri əməllərə görə, İ.Rəhimzadə və S,Baxşəliyev AR Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə onlar haqqında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti