...

Azərbaycanın ədliyyə naziri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasını qəbul edib

Siyasət Materials 26 Oktyabr 2005 10:38 (UTC +04:00)

Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycandakı müşahidə missiyasının rəhbəri Girt Arensi qəbul edib

Nazirlikdən Trend ə verilən məlumata görə, F.Məmmədov ölkədə baş verən demokratik dəyişikliklər, qanunvericiliyin təkmilləşdirilməsi, prezident İlham Əliyevin sərəncamı və parlament seçkilərinin şəffaf və demokratik keçirilməsi sahəsində görülən tədbirlər barədə G.Arensə məlumat verib.

Azərbaycanda seçkilərin keçirilməsi üçün beynəlxalq standartlara cavab verən əlverişli şəraitin yaradıldığını qeyd edən missiya rəhbəri bu baxımdan dövlət başçısının sonuncu sərəncamını yüksək qiymətləndirib.

Görüşdə, həmçinin, hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı məsələlər müzakirə mövzusu olub, yeni qanunvericiliyin tətbiq edilməsi və qeydiyyata alınmış qeyri-hökumət təşkilatlarının sayının artması nəticəsində müşahidə olunan dəyişikliklərə dair fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti