...

Avropa Birliyi "Üçlüyü"nün nümayəndə heyəti Bakıya oktyabrın 27-də gecə gələcək

Siyasət Materials 26 Oktyabr 2005 11:50 (UTC +04:00)

Avropa İttifaqı "Üçlüyü"nün oktyabrın 27-28-də Azərbaycana səfər proqramı dəqiqləşdirilib. Bu barədə Trend ə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Nümayəndə heyəti Bakıya oktyabrın 27-də gecə gələcək. Rəsmi görüşlər oktyabrın 28-nə planlaşdırılıb. Səfər çərçivəsində nümayəndələr Azərbaycanın xarici və daxili işlər, müdafiə, iqtisadi inkişaf nazirləri və dövlət başçısı ilə görüşəcəklər. Həmçinin, ölkənin müxalifət partiya nümayəndələri ilə görüş də planlaşdırılır. Səfərin yekunlarına dair mətbuat konfransının keçiriləcəyi isə nümayəndə heyətinin cədvəlindən asılıdır, - deyə səfirlikdən bildirilib.

Xatırladaq ki, nümayəndə heyətinin tərkibinə AB-nin Cənubi Qafqazda xüsusi nümayəndəsi Heyki Talvitie, Böyük Britaniyanın Cənubi Qafqazda xüsusi nümayəndəsi Brayn Foll, Avropa Komissiyasının Cənubi Qafqaz və Orta Asiya şöbəsinin rəhbəri Kurt Yuul, Avstriya XİN-nin nümayəndəsi Qaydemarina Qerer, Böyük Britaniya XİN-in şərq ölkələri idarəsinin rəisi Saymon Smit və başqaları daxildirlər.

Qeyd edək ki, "Üçlüyə" Avropa Birliyinin hazırki və gələcək ölkələrinin - Böyük Britaniya (2005-ci ilin iyulundan yanvarına kimi) və Avstriyanın (2006-cı il yanvar - iyun), həmçinin, Avropa Komissiyasının nümayəndələri daxildirilər.

Xəbər lenti

Xəbər lenti