...

"Azadlıq" bloku Azərbaycan Milli Demokrat Partiyasının məktubuna cavab verməyib

Siyasət Materials 26 Oktyabr 2005 11:57 (UTC +04:00)

"Azadlıq" seçki blokunun rəhbərləri Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) müxalifətin vahid Koordinasiya Şurası tərəfindən idarə olunması ilə bağlı məktubuna cavab verməyib". Bu barədə Trend ə müxalifət qüvvələri arasında danışıqlar aparmaq üçün yaradılan işçi qrupunun rəhbəri Oqtay Xəlilli bildirib.

O.Xəlilli qeyd edib ki, AMDP məsələ ilə bağlı oktyabrın 25-də "Azadlıq" blokunun rəhbərlərinə məktub ünvanlayıb: "Məndə olan məlumata görə, blok bu məsələnin müzakirəsini təxirə salıb. Ancaq müxalifətlə apardığımız bütün danışıqların nəticəsi olan sənədlər yerindədir. Qalır yalnız "Azadlıq" blokunun razılığı".

Qeyd edək ki, müxalifətin vahid Koordinasiya Şurası tərəfindən idarə olunması təşəbbüsünü AMDP rəhbəri İsgəndər Həmidov irəli sürüb. Bununla bağlı müxalifət partiya və seçki blokları arasında bir sıra danışıqlar aparılıb.

Xəbər lenti

Xəbər lenti