...

Yunanıstan Azərbacana iki müşahidəçilər qrupu göndərəcək

Siyasət Materials 26 Oktyabr 2005 12:37 (UTC +04:00)

Yunanıstan parlamnt seçkilərini müşahidə etmək məqsədilə Azərbaycana iki müşahidəçilər qrupu göndərəcək. Bu barədə Trend ə Yunanıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

4 parlamentari Azərbaycana ikitərəfli əməkdaşlıq çərçivəsində, daha bir neçə müşahidəçi isə beynəlxalq missiyaların, ATƏT, AB və digər təşkilatların tərkibində gələcək. Müşahidələrin yekunları üzrə ayrıca hesabat hazırlanaraq Yunanıstan parlamentinə təqdim olunacaq.

Diplomatik missiyadan bildirildiyi kimi, hər iki qrup ölkəyə seçkilər ərəfəsində gələcək.

Xəbər lenti

Xəbər lenti