...

Sentyabr ayı ərzində narkotiklərlə bağlı 268 fakt qeydə alınıb

Siyasət Materials 26 Oktyabr 2005 13:03 (UTC +04:00)

Cari ilin sentyabr ayı ərzində narkotiklərlə bağlı 268 fakt qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mubarizə İdarəsinin rəis müavini Məzahir Əliyev məlumat verib.

"Hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyatlar nəticəsində 57 kq müxtəlif növ narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb. Dövriyyədən çıxarılan narkotiklərin 51 kiloqramı marixuana, 3 kiloqramı həşiş, 2 kiloqramı isə tiryək və heroindir", - deyə M.Əliyev bildirib.

İdarə rəisi müavininin sözlərinə görə, narkotiklərlə əlaqəli cinayətlərin 140-ı həmin maddələrin saxlanılmasına, 120-si satışına aiddir.

Xəbər lenti

Xəbər lenti