...

Milli Məclis prezidentin tövsiyyəsini müzakirə edəcək

Siyasət Materials 26 Oktyabr 2005 14:12 (UTC +04:00)

"Milli Məclis oktyabrın 28-də saat 12.00-da növbəti iclasını keçirəcək". Bu barədə Trend agentliyinə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

İclasda Azərbaycan prezidenti İlham Əliyevin oktyabrın 25-də parlament seçkilərinə hazırlıq və keçirilməsi ilə əlaqədar təcili tədbirlərin görülməsi barədə imzaladığı sərəncamda "Qeyri-Hökumət Təşkilatları (QHT), ictimai birliklər haqqında" Azərbaycan Respublikası qanununda nizamnamə kapitalında xarici fiziki və hüquqi şəxslərin payı 30 faizdən artıq olan və ya başqa cür maliyyələşdirilən QHT-lərin Azərbaycan Respublikasında keçirilən prezident, parlament və bələdiyyə seçkilərinin müşahidə etməsinə qadağanın götürülməsi təklifi müzakirə ediləcək.

Parlamentin mətbuat xidmətindən bildiriblər ki, müzakirələrdə millət vəkilləri ilə yanaşı bir sıra QHT rəhbərləri də iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti