...

Hadı Rəcəbli: "Regionların iqtisadi inkişafı sürətlənib"

Siyasət Materials 26 Oktyabr 2005 14:26 (UTC +04:00)

"Regionların iqtisadi inkişafı prezidentin diqqət mərkəzindədir". Bu barədə Trend ə Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri, millət vəkili Hadı Rəcəbli bildirib.

Millət vəkili onu da bildirib ki, "Azadlıq" seçki blokunun deputatlığa namizəd olan liderlərinin efirdən regionların iqtisadi inkişafının iflic vəziyyətində olması barədə çıxışları heç bir arqumentə söykənmir: "Onların heç biri iqtisadçı olmadığından ümumi sözlər işlədirlər. Regionların iqtisadi inkişafı proqrammı dövlət rəhbərliyi tərəfindən təsdiqlənib, prezidentin bu məsələ ilə bağlı bir sıra sərəncamları var. Artıq regionlarda bu istiqamətdə işlər görülüb".

H.Rəcəbli təkcə namizəd olduğu Lənkəran rayonunu misal çəkib. Bildirib ki, bu rayonda beynəlxalq stadionun, beynəlxalq hava limanının, turizm obyektlərinin, süd kombinatı və digər nəhəng müəssisələrin tikilməsi iqtisadi inkişafın göstəricisidir: "Azadlıq" blokunun rəhbərlərinin regionların iqtisadi inkişafı ilə bağlı söylədikləri rəqəmlər onların fantaziyalarının məhsuludur".

Qeyd edək ki, "Azadlıq" blokunun təsisçilərindən olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (islahatçılar) sədri Əli Kərimli oktyabrın 25-də efir vasitəsilə çıxışında regionların iqtisadi inkişafının iflic vəziyyətdə olması fikirlərini işlədib.

Xəbər lenti

Xəbər lenti