...

MDB İqtisadi şurasının növbəti iclası noyabrın 16-da Moskvada keçiriləcək

Siyasət Materials 26 Oktyabr 2005 15:06 (UTC +04:00)

MDB İqtisadi şurasının növbəti iclası noyabrın 16-na planlaşdırılıb.Bu barədə Trend ə MDB-nin İcra komitəsində bildirilib.

İqtisadi şuranın tapşırıqlarına hökumət başçıları Şurasının noyabrın 25-də Moskvada keçiriləcək növbəti iclasının gündəlyinin hazırlanması daxildir. Ekspertlər hökumət başçılarının müzakirəsinə çıxarılması təklif olunan 30-dan çox məsələni nəzərdən keçirməli və razılaşdırmalıdır.Bunlardan 21-i artıq baxılmaq üçün hazırdır.Bunların arasında Birlik dövlətlərinin ümumi elktrik enerji bazarının formalaşdırılması, milli mal istehsalçıları tərəfindən istehsal edilən rəqabət qabiliyyətli məhsulların MDB-nin və üçüncü ölkələrin daxili bazarına çıxarılması üzrə (2010-cu ilədək dövrdə) orta müddətli tədbirlər kompleksinə dair məsələlər vardır. Gündəliyin layihəsinə həm də sərhədyanı əməkdaşlığa dair konvensiya layihəsi, eləcə də fövqəladə təbii və texnogen xarakterli hallar üzrə Dövlətlərarası şura haqqında əsasnaməyə dəyişiklik və əlavə edilməsinə dair məsələ daxil edilib.

Ekspertlər həmçinin hökumət başçıları Şurası tərəfindən müzakirəsiz imzalanacaq təxminən 25 sənədin layihəsini hazırlayacaq.Bunların sırasında texniki reqlamentlərin uyğunlaşdırılmasının əsasları haqqında saziş; xarici ticarətin gömrük statistikasının vahid metodologiyası haqqında saziş; məhsulların və xidmətlərin keyfiyyəti sahəsində xidmətlərinə görə Birliyin mükafatlarının müsabiqəsi haqqında saziş; MDB ölkələrində böyüklərin təhsilinin inkişafı konsepsiyası; gənclərlə iş sahəsində əməkdaşlığa dair saziş vardır.İmzalanmağa hazırlanan sənədlərin mühüm hissəsi müdafiə xarakterli məsələlərə və hüquq-mühafizə idarələrinin qarşılıqlı təsir problemlərinə həsr olunub.Xüsusilə insan, insanın orqanları və əzələ toxumalarının alveri ilə mübarizədə dövlətlərin qarşılıqlı təsirinə, avtomobil nəqliyyatı vasitələrinin oğurlanması ilə mübarizə və onların qaytarılmasında əməkdaşlığa, eləcə də mütəşəkkil cinayətkarlıq və cinayətin digər təhlükəli növləri ilə mübarizənin əlaqələndirilməsi bürosu haqqında sazişlərin müzakirəsiz imzalanması təklif edilir.

Azərbaycanı İqtisadi şuranın iclasında baş nazirin birinci müavini Abbas Abbasov təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti