...

Novruz Məmmədov: Dağlıq Qarabağ Avropaya yalnız Azərbaycan vasitəsiləç inteqrasiya oluna bilər

Siyasət Materials 26 Oktyabr 2005 17:55 (UTC +04:00)

Dağlıq Qarabağın (DQ) Avropaya inteqrasiyası yalnız və yalnız Azərbaycan çərçivəsində mümkündür. Bu məsələdə başqa yol yoxdur. Bu barədə Trend ə Azərbaycan prezidentinin İcra Aparatının xarici ilaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ermənistan prezidenti R.Köçəryanın Euronews kanalında DQ-ın beynəlxalq birliyə inteqrasiyası üçün şəraitin yaradılması barədə son bəyanatını şərh edərkən bildirib.

N,Məmmədovun sözlərinə görə, dünənə kimi Ermənistanın özünün Avropaya inteqrasiyası sual altında idi, indi isə onlar "özləri bir kənarda qalaraq Dağlıq Qarabağ barədə danışmaq istəyirlər". "Bu, erməni rəhbərliyinin növbəti siyasi manipulyasiyasından başqa bir şey deyil. Bu bəyanat müəyyən dərəcədə beynəlxalq ictimaiyyəti aldatmaq, mövqeyini dəyişmək, gözünə kül üfürmək məqsədi daşıyır. Odur ki, onun (R.Köçəryanın - Redaktorun qeydi) dediklərinin heç biri həqiqətə uyğun deyil",- deyə o bildirib.

"Əgər Ermənistan prezidenti həqiqətən Azərbaycan ərazilərinin Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğalını beynəlxalq hüquq çərçivəsində hər hansı bir etnik azlığın özünü realizə etməsi kimi qələmə verməyə çalışırsa, bu, manevr və yalandan başqa bir şey deyil" - N.Məmmədov bildirib. "Ümumilikdə, indiyə kimi Dağlıq Qarabağda beynəlxalq hüquq çərçivəsində heç bir proses həyata keçirilməyib. Bu gün Azərbaycan ərazilərinin, Dağlıq Qarabağdan başqa daha 7 rayonun işğal olunaraq yerlə-yeksan olunması bir fakt kimi göz qabağındadır. Digər tərəfdən o (R.Köçəryan - Redaktorun qeydi.) Dağlıq Qarabağın Avropaya inteqrasiyasından danışırsa, bunun özü də siyasi manipulyasiyadır. Bu gün orada (Avropada - Red.qeydi) oldğu üçün və ya başa narahatlıq üzündən onu belə danışmağa vadar edirsə, belə hesab edirəm ki, Ermənistan rəhbərliyi həm münaqişənin həll edilməsi və həmdə digər məsələlərdə çox da uzağa gedə bilməyəcəklər", - deyə N.Məmmədov bildirib.

O qeyd edib ki, Azərbaycan iqtisadiyyatının güclü inkişafı, ordunun güclənməsi, beynəlxalq arenada rekytinqinin yüksəlməsi Ermənistan rəhbərliyini çox narahat edir. "Ona görədə əvvəlki metodlara əl atmaqla onlar bu cür yalanlarla, reallıqdan uzaq olan informasiyalarla beynəlxalq birliyi çaşdırmağa çalışırlar. Bu isə heç vaxt düzgün nəticələr əldə etməyə imkan verməyəcək",- deyə sonda N.Məmmədov bildirib.

Xəbər lenti

Xəbər lenti