...

Stef Qoris: Qərbi Avropa birliyi Parlamentlərarası Assambleyası Azərbaycanın daimi üzvlüyü məsələsini nəzərdən keçirəcək

Siyasət Materials 26 Oktyabr 2005 18:02 (UTC +04:00)

Ən yaxın vaxtda mən Azərbaycanın Qərbi Avropa birliyi Parlamentlərarası Assambleyasının (QABPA) işində təşkilatın daimi üzvü kimi iştirakı üzrə rəsmi Bakının ünvanına dəvət göndərilməsi barədə məsələnin baxılmasına təşəbbüs edəcəyəm. Trend bildirir ki, oktyabrın 26-da jurnalistlərlə söhbətində QABPA sədri Stef Qoris bu barədə bəyan edib.

"Mən Parisə qayıdan kimi Azərbaycanın və Cənubi Qafqazın digər dövlətlərinin QABPA-ya daimi üzv kimi qəbul edilməsi zərurəti barədə bəyan edəcəyəm"-deyə S. Qoris bildirib və qeyd edib ki, Bakıda keçirilmiş görüşlərdə Azərbaycan nümayəndə heyətini QABPA-nın dekabrda Parisdə keçiriləcək növbəti sessiyasının işində iştirak etməyə dəvət edib.

"Mən həmçinin dövlət başçısı İlham Əliyevin qarşıdakı sesssiyada iştiraka razılığını yüksək qiymətləndirirəm"-deyə QABPA sədri bildirib və qeyd edib ki, Azərbaycan prezidenti də öz ölkəsinin Qərbi Avropa birliyi Parlamentlərarası Assambleyasının tərkibinə daxil edilməsində maraqlı olduğunu bildirib.

Xatırladaq ki, QABPA nümayəndə heyətinin oktyabrın 22-də başlamış səfərinin əsas məqsədi Azərbaycanda sabitlik və təhlükəsizlik sahəsində vəziyyətə dair məruzənin hazırlanmasıdır.

Xəbər lenti

Xəbər lenti