...

Steynar Gil: Azərbaycan prezidentinin sərəncamı ATƏT, Avropa Şurası və Venesiya Komissiyasının bir çox tösiyələrinə müsbət cavabdır

Siyasət Materials 26 Oktyabr 2005 18:09 (UTC +04:00)
Steynar Gil: Azərbaycan prezidentinin sərəncamı ATƏT, Avropa Şurası və Venesiya Komissiyasının bir çox tösiyələrinə müsbət cavabdır

"Biz Azərbaycan prezidentinin parlament seçkilərinə hazırlıq və onun keçirilməsi ilə əlaqədar sərəncamını alqışlayırıq.

Bu barədə Norveçin Azərbaycandakı səfiri Steynar Gil Trend ə ekskluziv məlumatında bildirib.

"Bu qərar ATƏT, Avropa Şurası və Venesiya Komissiyasının bir çox tösiyələrinə müsbət cavabdır", - deyə o bildirib. Diplomat ancaq seçicilərin barmaqlarının şəffaf mürəkkəblə işarələnməsi metodu ilə bağlı vaxtın çox az olduğunu bildirib.

Onun fikrincə, şəffaf mürəkəkbdən istifadə müvafiq texniki təchlizatın, xüsusi fənərlərin və digər texnikanın olmasını tələb edir. "Bütün bunları sifariş etmək, almaq, paylamaq lazımdır. Vaxt isə çox azdır". Buna görə də o, görünən rəngdən, məsələn, qara mürəkkəbdən istifadə olunması daha sadə metod olduğunu hesab edir.

Xəbər lenti

Xəbər lenti