...

Asim Mollazadə Qərbi Avropa İttifaqının Parlamentlərarası Assambleyasının sədri ilə görüşüb

Siyasət Materials 26 Oktyabr 2005 18:18 (UTC +04:00)
Asim Mollazadə Qərbi Avropa İttifaqının Parlamentlərarası Assambleyasının sədri ilə görüşüb

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə oktyabrın 26-da Bakıda səfərdə olan Qərbi Avropa İttifaqının Parlamentlərarası Assambleyasının sədri Stef Qorislə görüşüb. Bu barədə Trend ə partiyanın mətbuat xidmətindən məlumat verilib.

Söhbət zamanı Azərbaycanın Avroatlantika məkanına inteqrasiyası, Bakı ilə Avropa Şurası arasında əlaqələrin inkişafı, Avropa liberal dəyərlərinin Azərbaycanda mənimsənilməsi, eləcə də ölkədə qarşıdakı parlament seçkilərinə hazırlıqla bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb.

Asim Mollazadə S. Qorisə Azərbaycanda seçkiqabağı vəzjiyyətlə bağlı ətraflı məlumat verib, eləcə də DİP-dan deputatlığa namizədlərin fəaliyyəti barədə danışıb.

Xəbər lenti

Xəbər lenti