...

YAP noyabrın 4-də yürüş-mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib

Siyasət Materials 26 Oktyabr 2005 19:49 (UTC +04:00)

Yeni Azərbaycan Partiyası (YAP) noyabrın 4-də saat 15.00-dan 18.00-dək metronun "20 Yanvar" stansiyası yaxınlığından "Qələbə" kinoteatrının qarşısınadək yürüş-mitinq keçirmək qərarına gəlib və bunun bağlı artıq Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Bu barədə Trend ə Bakı Şəhər İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zaur Ramazanov məlumat verib. O, bildirib ki, oktyabrın 26-da onlara YAP-ın müraciəti daxil olub. Partiya parlament seçkilərinin təşviqat kampaniyasının yekunu olaraq noyabrın saat 4-də saat 15.00-dan 18.00-dək yürüş-mitinq keçirmək istəyir.

Z.Ramazanovun sözlərinə görə, hazırda YAP-ın müraciətinə baxılır və yaxın 1-2 gün ərzində partiyaya cavab veriləcək.

Xəbər lenti

Xəbər lenti