...

ABŞ Azərbaycan prezidentinin "Parlament seçkitlərinə hazırlıq və onun keçirilməsi ilə bağlı təcili tədbirlər barədə" sərəncamını alqışlayır

Siyasət Materials 27 Oktyabr 2005 12:37 (UTC +04:00)

Birləşmiş Ştatlar prezident İ.Əliyevin Azərbaycan hökumətinin 6 noyabr parlament seçkilərinin şəffaf keçirilməsini təmin etmək üçün "yeni tədbirlər" qəbul edəcəyi barədə bəyanatını alqışlayır. Trend in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Şon Makkormakın bəyanatında bildirilib.

Azərbaycan rəhbərliyinin atacağı "yeni addımlar" sırasına "iki dəfə səsvermə faktının" qarşısını almağa kömək edən seçki siyahılarının dəqiqləşdirilməsi və barmaqların xüsusi mürəkkəblə işarələnməsi daxildir.

"Birləşmiş Ştatlar Azərbaycan hökumətini bu tədbirləri "mümkün qədər tez" həyata keçirməyə, eləcə də sərbəst toplaşma azadlığını təmin etməyə çağırır. Biz Azərbaycanın bütün fəal siyasi təbəqələrini seçkilərin keçirilməsi üçün yaradılan beynəlxalq standartlara uyğun demokratik imkanlardan istifadə etməyə çağırırıq", - deyə Şon Makkormak bildirib.

Xəbər lenti

Xəbər lenti