...

Moldovada GUAM ölkələrinin Təhlükəsizlik Şura katiblərinin görüşü planlaşdırılır

Siyasət Materials 27 Oktyabr 2005 13:25 (UTC +04:00)

GUAM-a (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) üzv ölkələrin Təhlükəsizlik Şura katiblərinin iclası noyabrın 3-də Kişinyovda keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Tərəflər regionda mövcud vəziyyəti, iqtisadi və siyasi təhlükəsizliyin artırılması və beynəlxalq terrorrçuluqla mübarizə sahəsində Təhlükəsizlik Şuraları arasında əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələləri müzakirə edəcək.

Qeyd edək ki, Azərbaycan prezidenti yanında Təhlükəsizlik Şurasının katibi prezident aparatının rəhbəri Ramiz Mehdiyevdir.

Xəbər lenti

Xəbər lenti