...

Bazil Zavoyko: Neft gəlirlərinin uzunmüddətli idarəetmə stategiyasının səmərəli icrası ÜDM-in göstəricisinin azaldığı halda belə büdcəni maliyyə vəsaiti ilə təmin edəcək

Siyasət Materials 27 Oktyabr 2005 14:44 (UTC +04:00)
Bazil Zavoyko: Neft gəlirlərinin uzunmüddətli idarəetmə stategiyasının səmərəli icrası ÜDM-in göstəricisinin azaldığı halda belə büdcəni maliyyə vəsaiti ilə təmin edəcək

BVF-nin Azərbaycanda daimi nümayəndəsinin Trend ə müsahibəsi

- İyunun 24-də Beynəlxalq Valyuta Fondunun İcraiyyə Şurası yoxsulluğun azaldılması və inkişaf proqramı (PRGF) əsasında Azərbaycana dair 5-ci icmalı müzakirə edib. Bu proqram çərçivəsində sonuncu tranşı almaqdan imtina edən Azərbaycan faktiki olaraq PRGF proqramının başa çatmasını təsdiqləyib. BVF Azərbaycanla əməkdaşlıq etdiyi illəri necə qiymətləndirir, bu əməkdaşlığın dinamikası necə olub və bu dövr ərzində hansı problemlər öz həllini tapıb?

- Son 10 il ərzində BVF tərəfindən maliyyələşdirilən proqramlar Azərbaycanın bazar iqtisadiyatının inkişafına kömək edir. Bu proqramlar əvvəlcə makroiqtisadi sabitliyin təmin olunmasına yönəldilsə də, daha sonra əsas diqqət struktur islahatların həyata keçirilməsinə ayrılıb.

Birrəqəmli inflyasiyanın saxlanılmasında nəzərə çarpacaq nailiyyətlər əldə olunub, lakin 2004-cü ildə inflyasiya daha fiskal xarakter daşıyırdı, gəlirlər siyasəti genişləndirilmişdir, müvafiq siyasi tədbirlərin görülməsi isə təxirə salınmışdır.

Struktur islahatlarına gəldikdə isə, BVF-nin sonuncu məruzəsi göstərir ki, hökumət proqrama daxil edilmiş islahatların mürəkkəbliyini lazımi qədər qiymətləndirmir. Bu isə onların icrasının təxirə salınmasına və ya strukturlarının yenidən təşkil olunması ilə nəticələnib. Məruzədə o da təsdiqlənir ki, neft gəlirlərinin artdığı təqdirdə Azərbaycanda davamlı neft hasilatının inkişafının təmin olunması, ixracın bölüşdürülməsi və yoxsulluğun azadlılması ilə bağlı məsələlərin həlli vacib olacaq. Strukktur islahatların ləngiməsi artıq vəsaitin sərf olunmasına gətirib çıxaracaq. Belə tendensiya isə "holland sindromu" və qeyd olunmuş məqsədlərə çatmaqda çətinliklərlə başa çata bilər.

- Fond Azərbaycanda mövcud iqtisadi vəziyyəti necə qiymətləndirir? Azərbaycan iqtisadiyyatının əsas problemləri hansılardır?

- BVF hesab edir ki, neft sektorunun inkişafı nəticəsində qarşıdakı illərdə ölkənin iqtisadi inkişafı sürətlənəcək, 2006-cı ildə isə ÜDM-in real artımı 24% təşkil edəcək. Lakin bu, hələ gəlirlərin artması və ya yeni iş yerlərinin açılması demək deyil.

2005-ci ildə qeyri-neft sektorunda adambaşına ÜDM göstəricsi 10,5% təşkil edib, proqnozlara görə 2006-cı ildə bu göstərici 8%-ə qədər azalacaq. Mubadilə məzənnəsinin artması və mürəkkəb biznes şəraitinin yaranması qeyri-neft sektorunun sürətli inkişafına mane olan amillərdəndir.

Gəlirlərin artması və yeni iş yerlərinin açılması baxımından qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatının ən vacib məqsədlərindən biridir. Zəngin təbii ehtiyatalara malik ölkələrin təcrübəsi göstərir ki, onlardan ifrat istifadə mübadilə məzənnəsinin artması ilə nəticələnir.

Bu, ilk növbədə inflyasiyanın və ya mübadilə məzənnəsinin, həmçinin, onların hər ikisinin eyni zamanda artmasına səbəb olur. Bütün bunlar tez bir zamanda qeyri-neft sektorunun inkişafdan qalmasına səbəb ola bilər. Bu sahə isə yoxsulluğun azaldılması və regionların inkişafı üçün böyük əhəmiyyət kəsb edən kənd təsərrüfatı sektoru ilə bağlıdır.

Azərbaycanda neft sahəsinin sürətli inkişafının 10-15 il davam edəcəyi ehtimal edildiyindən, neft ehtiyatlarının tamamilə tükənməsi zamanı ölkədə iqtisadiyyatın sabit inkişafını təmin etmək üçün neft ticarəti ilə bağlı olmayan və əhalini gəlirlə təmin edən sektor yaratmaq lazımdır.

Biznes şəraitinə gəldikdə isə, qeyri-neft sektorunun inkişafında ən vacib amil olan özəl xarici və yerli investisiyaların təşviqi üçün əlverişli biznes mühitinin yaradılması vacibdir. Lakin bəzi yeni investorlar Azərbaycana əvvəllər kapital qoymuş şirkətlərin təcrübəsinə əsaslanırlar. Bundan başqa xarici investorlarla (məsələn Garadagh Cement) bağlı bu yaxınlarda baş vermiş hadisələr də narahatlıq doğurur.

Bu məsələlər şəffaf formada və qanun əsasında həll olunmayana qədər beynəlxalq ictimaiyyətdə belə bir təəssürat yaran bilər ki, Azərbaycanda investorlara münasibət yaxşı deyil. Süni inhisarlar narahatlıq doğurur. Artıq süni şəkildə inhisara alınması ehtimal olunan 16 mal növü müəyyən edilib.

Bu malların əksəriyyətinin idxal qiymətləri dünya bazarının mövcud qiymətlərindən xeyli aşağı olması faktı ixracatçıların ölkəyə gətirdikləri malların hesab-fakturalarında duzgün rəqəmlər göstərmədiklərini və beləliklə də onların Dövlət Gömrük Komitəsi qarşısında öhdəliklərini yerinə yetirmədiklərini güman etməyə əsas verir. Mən ümid etmək istərdim ki, yaradılmış antikorrupsiya komissiyası tərəfindən yaxın gələcəkdə bu məsələlərin hamısına baxılacaq.

- Son zamanlar inflyasiya problemi fondun narahatlığına səbəb olub. Cari ilin yekunları üzrə hökumət birrəqəmli inflyasiya, gələn il isə 9%-lik göstərici gözləyir. BVF-inn fikrincə, bu göstəricilərin əldə olunması nə dərəcədə mümkündür? Fond ölkədə inflyasiya proseslərinin qarşısını almaq üçünaparılan tədbirləri necə qiymətləndirir və onlar əslində necə olmalıdır?

- 2005-ci ilin sonuna kimi 9%-lik inflyasiya göstəricisi ictimai xərclərin, xüsusilə enerji sektorunda dövlət müəssisələrinin ehtiyatla idarə olunması və Azərbaycan Milli Bankı tərəfindən məhdudlaşdırılmış valyuta siyasətinin aparılması nəticəsində əldə oluna bilər. Əgər bu şərtlər yerinə yetirilməsə, mövcud ikirəqəmli inflyasiyanın aradan qaldırılması qeyri-mümkün olacaq.

- Bu günlərdə Azərbaycan Milli Məclisi 2006-cı il büdcəsini qəbul edib. Fond onun parametrləri və Dövlət Neft Fondunun vəsaiti heabına bir sıra infrastruktur layihələrin maliyyələşdirilməsi ideyaları ilə razıdırmı və bu məsələlərlə bağlı hansı iradları var?

- 2006-cı ilin dövlət büdcəsində qeyri-neft sektorunun ictimai xərclərinin sürətlə, büdcə kəsirlərinin isə kəskin artması nəzərdə tutulur. Bunlar real mübadilə məzənnəsinin artmasının sürətlənməsini nəzərdə tutan və qeyri-neft ticarət sektoruna, nazirliklər tərəfindən vəsaitlərin səmərəli xərclənməsinin təmin olunmasına mənfi təsir göstərən makroiqtisadi riskdir.

Bizim bu büdcənin nəticələrini diqqətlə təhlil etmək imkanımız hələ olmadığından, biz bunu Article II üzrə icmalın hazırlanması məqsədilə BVF missiyasının 2005-ci ilin dekabrında Bakıya gəlişi çərçivəsində həyata keçirəcəyik. Əsas məsələ isə acınacaqlı vəziyyətdə olan infrastrukturun yaxşılaşdırılması məqsədilə xərclərin artırılması zəruriliyi və qeyri-neft sektorunun inkişafına şərait yaratmaq üçün mübadilə məzənnəsinin artmasına təsirin məhdudlaşdırılması zəruriliyi arasında müvafiq balansın müəyyən edilməsi olacaq.

- BVF 2006-cı ildə makroiqtisadi göstəricilərlə bağlı proqnozların, xüsusilə ÜDM-in 30%-lik artım göstəricisinin özünü doğruldacağını nə dərəcədə real hesab edir?

- 2006-cı ildə "Azəri-Çıraq-Günəşli" neft yataqları blokunun işlənməsi və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsi ilə əlaqədar xam neft hasilatının artması nəticəsində real ÜDM göstəricisi artacaq.

2006-cı ildə ÜDM-in artımı üzrə irəli sürdüyümüz proqnoz göstəricisi isə hökumətin nəzərdə tutduğu göstərici ilə üst-üstə düşür.

- PRGF proqramının Azərbaycanda həyata keçirilməsi prosesi başa çatdığından hazırda BVF ilə gələcək əməkdaşlıq əsas məsələlərdən biridir. Fondda bu əməkdaşlığın perspektivləri necə qiymətləndirilir?. BVF-in fəaliyyəti konsaltinq xidmətləri göstərməklə məhdudlaşacaq, yoxsa bu, maliyyə sahəsində də özünü büruzə verəcək?

- Ölkədə yoxsulluğun azaldılmasına yardım proqramı artıq həyata keçirilib. Azərbaycan avtomatik olaraq "nəzarət" rejiminə keçir və bu rejim çərçivəsində fondun missiyası mütəmadi olaraq Bakıya səfərlər edəcək, struktur islahatların həyata keçirilməsinə dair hökumət orqanlarına tövsiyyələr verəcək. Lakin bu tövsiyyələr ölkədə hər hansı bir konkret tədbirin görülməsini tələb etmir. Rəhbərlər, bəzən jurnalistlər və parlamentarilər üçün də kursların təşkil olunması və onlara texniki yardım əvvəlki kimi həyata keçiriləcək.

- Hökumət 2024-cü ildə adambaşına düşən ÜDM-in $6000, onun ümumi həcminin isə 300 trln manata çatacağı ilə bağlı planı açıqlayıb. 2005-ci ilin yekunlarına görə, bu göstəricinin 20%, 2006-cı ildə isə 38% artması gözlənilir. 2005-2009-cu illərdə ÜDM-in ikiqat, 2024-cü ildə isə altıqat artacağı planlaşdırılır. Bu proqnozlar realdırmı və inkişaf tempi son dərəcə aşağı olduğu halda, bunu artım göstəricisi adlandırmaq nə dərəcədə düzgündür?

- Real ÜDM-in sürətlə artdığı halda adambaşına duşən ÜDM göstəricisi də artacaq. Lakin iri neft ehtiyatları aşkar olunana qədər qeyd olunan real ÜDM göstəricilərin əldə olunması AÇG neft yatağının istehsal profilindən və qeyri-neft sektorunun inkişafından asılı olacaq.

AÇG yatağında istehsal gücünün qiymətləndirlməsi göstərir ki, 2006-2010-cu illərdə gözlənilən artımdan sonra istehsal azalacaq. Qeyri-neft sektorunda isə artım göstəricisinin 6-8% təşkil edəcəyi nəzərdə tutulub. Hətta biznes mühiti yaxşılaşdıqdan və ümumi ÜDM göstəricisi ən son həddə çatdıqdan sonra belə qeyri-neft sektorunda təxminən 2011-ci ildə artım göstəricisi o qədər də ürəkaçan olmayacaq. Məhz ÜDM göstəricsinin kəskin artaraq daha sonra azalacağı ilə əlaqədar biz 2004-cü ilin sentyabrında Azərbaycan prezidenti tərəfindən imzalanmış neft gəlirlərini idarəetmə üzrə uzunmüddətli Strategiyanın icrasını vacib sayırıq. Bu proqram ÜDM-in azaldığı halda belə büdcənin maliyyə vəsaiti ilə təmin olunmasına zəmanət verir.

- Gələn il Azərbaycanda neft vəsaitlərinin həcmi artacaq. Belə böyük miqdarda vəsaitdən Azərbaycan səmərəli şəkildə yararlana biləcəkmi? Bu məsələ ilə bağlı Fond hansı tövsiyyələri verir?

- Bu çox vacib məsələdir və üç elementdən ibarətdir: 1) neft sərvətini tez bir zamanda sərf etmək; 2) onu nəyə sərf etmək; 3) hansı sahəyə investisiya qoymaq. Bu vəsaitlərin tez bir zamanda sərf olunmasına gəldikdə, neft gəlirlərinin idarəetmə strategiyasının əsas prinsipi qeyri-məhdud müddətə vəsaitlərin həcmini müəyyən etmək və makroiqtisadi aspektləri nəzərə almaqla xərcləri azaltmaqdır.

Bu proqramın həyata keçirilməsi davam edir. "Vəsaitlərin nəyə sərf olunması" sualı ilə bağlı onu qeyd etmək istərdim ki, onlar bir çox layihələrin lazımi qaydada həyata keçirilməsinə sərf oluna bilər. Hazırda USAİD proqramı tərəfindən maliyyələşdirilən layihə müxtəlif nazirliklərdə aparılan layihə seçimi prosesini yaxşılaşdıra bilər. Əgər ölkədə neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına sərf olunması nəzərdə tutulubsa, o zaman hər iki aspekt üzrə irəliləyişlər vacibdir. Dövlət neft fondu tərəfindən kapital qoyuluna gəldikdə isə, biz bu prosesin beynəlxalq standartlara uğun olaraq həyata keçirilməsindən razıyıq.

Xəbər lenti

Xəbər lenti