...

Tadaxiro Abe : "Qarşıdakı parlament seçkiləri Azərbaycanda demokratiyanın mövcudluğunu göstərəcək"

Siyasət Materials 27 Oktyabr 2005 16:55 (UTC +04:00)
Tadaxiro Abe : "Qarşıdakı parlament seçkiləri Azərbaycanda demokratiyanın mövcudluğunu göstərəcək"

"Mən inanıram ki, Azərbaycanda qarşıdakı parlament seçkiləri demokratik keçəcək və ölkədə demokratiyanın mövcudluğunu göstərəcək". Bu barədə Trend ə Yaponiyanın Azərbaycandakı səfiri Tadaxiro Abe bildirib.

Yaponiya seçkilərin keçirilməsində, xüsusilə seçicilərin barmaqlarına şəffaf mürəkkəbin vurulduğunu müəyyən etmək üçün indikatorların əldə olunmasında Azərbaycana texniki yardım göstərə bilər. Bu, yalnız Azərbaycanın Yaponiya hökumətinə müraciəti zamanı baş tuta bilər. Görünməz mürəkkəblərdən istifadəyə gəldikdə isə, diplomat qeyd edib ki, bu, ölkələrin öz seçimidir. "Bəzi ölkələr bu üsulu özləri seçir, elə ölkələr də var ki, burada onun tətbiqi sadəcə vacibdir", - deyə diplomat qeyd edib.

O, həmçinin, bildirib ki, Yaponiya seçkilər ərəfəsində Azərbaycana öz müşahidəçilərini göndərməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti