...

Seçki izləyəcək beynəlxalq müşahidəçilərdən 855, yerli müşahidəçilərdən 11616 nəfəri qeydiyyatdan keçib

Siyasət Materials 27 Oktyabr 2005 17:21 (UTC +04:00)

6 noyabr parlament seçkisində müşahidəçi qismində iştirak edən xarici kütləvi informasiya vasitələri nümayəndələrindən 129 nəfəri, beynəlxalq müşahidəçilərdən 855 nəfəri, yerli müşahidəçilərdən 11 min 616 nəfər qeydiyyatdan keçib. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Xarici KİV-lərdən BBC (Moskva nümayəndəliyi) - 5 nəfər, "CBS News" Amerika telekampaniyası-6, "ARD" Almaniya televiziyası-19, "Əlcəzirə" kanalı-5, "CBC" Kanada Dövlət Televiziyası-3, "TBS" yapon teleradiokampaniyası-4, "Eurovision" (Moskva bürosu)-5, "Dubay" televiziyası-1, TRT (Bakı nümayəndəliyi)-6, "Kanal 5" (Ukrayna)-2, "Birinci kanal" (Rusiya)-11, Ümumrusiya dövlət televiziya və radioyayım kompaniyası-7, "Xabar" televiziyası (Qazaxıstan)-1, Gürcüstan İctimai Televiziyası-2, "RFİ" Beynəlxalq fransız radiosu-1, "Reuters" Agentliyi-18, "Anadolu Ajansı" (Türkiyə)-1, "İhlas" Haber Ajansı (Türkiyə)-4, "İTAR-TASS"-5, "GPD" Niderland Mətbuat Assosiasiyası-1, "Associated Press"-8, İnter (Ukrayna)-2, "New York Times" qəzeti (ABŞ)-5, "The Daily Telegraph" qəzeti (Böyük Britaniya)-1, "China Youth Daily" qəzeti (Çin)-1, "El-Pais" qəzeti (İspaniya)-1, "DIE WELT" qəzeti (Almaniya)-1, "NRC Handelsblad" qəzeti (Hollandiya)-1, "Azerros" qəzeti (Rusiya)-2 nəfər müşahidəçi təyin edib.

Beynəlxalq müşahidəçilərdən isə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu-465 nəfər, Avropa Şurası-1, Avropa Şurasının Parlament Assambleyası-51, Müstəqil Dövlətlər Birliyi (MBD)- 168, MDB-nin Parlament Assambleyası-3, Estoniya Parlamenti-151, ABŞ səfirliyi-30, Polşa səfirliyi-4, Seçki Sistemləri Üzrə Beynəlxalq Fond (IFES)-2, Avrasiya Fondu-1, Ukrayna Mərkəzi Seçki Komissiyası-3, Gürcüstan Mərkəzi Seçki Komissiyası-3, Latviya Mərkəzi Seçki Komissiyasə-5, Beynəlxalq Böhran Qrupu-3, Bolqarıstan Qeyri hökumət təşkilatı-25, "LYUMEC" (QHT)-32, Diplomatik və Strateji Araşdırmalar Mərkəzi-25, Maqdeburq Universiteti (Almaniya)-6, Latviya-11, Estoniyanın isə 2 nəfər müşahidəçisi qeydiyyatdan keçib.

Yerli qəzetlərdən "İgtisadiyyat v hüquq" jurnalı - 8 nəfər, qəzetlərdən "Turan"-4, "Sahil"-1, "Azərbaycan mədəniyyəti və incəsənəti"-1, "Ekspress"-7, "Təzadlar"-3, "Azərbaycan xronikası"-2, "Ədalət və hakimiyyət"-3, "Azad söz"-1, "Atribut"-2, "Cümhuriyyət" gəzetinin 4 nəfər müşahidəçisi var. Agentliklərdən "APA" - 18 nəfər, "Turan" - 9, "Şərq"-2 nəfər, televiziyalardan "Mir" Dövlətlərarası Releradio Şirkətindən 5, "İnternyus"dan 6, "Xabar" TV-dən 1, "Azadlıq" radiosundan 16, Samanyolu-3, ORT-1 nəfərlə seçkini müşahidə edəcək.

Yerli müşahidəçilərin sayı 11 616, seçki komissiyalarının iclaslarında iştirak imkanı qazanmış xüsusi icazəli müşahidəçilərinsayı isə 133 nəfərdir.

Xəbər lenti

Xəbər lenti