...

MSK QHT-nin müşahidə aparması üçün qeydiyyat müddətini uzadacaq

Siyasət Materials 27 Oktyabr 2005 18:00 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası (MSK) qeyri-hökumət təşkilatlarının (QHT) seçkini müşahidə etməsi üçün qanunla nəzərdə tutulmuş qeydiyyat müddətini uzadacaq. Bu barədə Trend ə MSK-nın katibi Natiq Məmmədov məlumat verib.

Qeyd edək ki, prezident İlham Əliyev "QHT, ictimai birlikdlər haqqında" Qanunda Nizamnamə kapitalında xarici fiziki və hüquqi şəxslərin payı 30 faizdən artıq olan QHT-lərin Azərbaycanda keçirilən seçkiləri müşahidə etməsinə qoyumuş qadağanın götürülməsi məsələsini yenidən müzakirəyə çıxarmağa tapşırıb. Lakin parlament seçkilərini izləyəcək müşahidəçsilərin

qeydiyyat müddəti artıq başa çatıb. MSK katibi N.Məmmədov deyib ki, əgər parlament QHT-lərin seçkini müşahidə etməsinə qoyulmuş həmin qadağaların ləğv olunmasına dair qərar çıxararsa, o zaman MSK müşahidəçilərin qeydiyyat müddətini uzadacaq: "Əgər parlament QHT-lərin seçkinin müşahidəçiliyinə buraxılması ilə bağlı qərar qəbul etsə, MSK 10 günlük müddətlə bağlı öz qərarını dəyişəcək. QHT-lərin ən azı seçkiyə bir gün qalmış müddətədək qeydiyyatdan keçməsini təmin etməyə çalışacağıq"-deyə N.Məmmədov bildirib.

Xəbər lenti

Xəbər lenti