...

Seçkinin yekun nəticələri noyabrın 7-si saat 19.00-dan sonra elan olunacaq

Siyasət Materials 27 Oktyabr 2005 18:02 (UTC +04:00)

Parlament seçkilərinin yekun nəticələri səsvermənin ertəsi günü - noyabrın 7-də saat 19.00-da elan olunacaq. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) "Seçkilər" İnformasiya Mərkəzinin rəhbəri İqbal Babayev məlumat verib. O, bildirib ki, noyabrın 6-da səsvermə günü İnformasiya Mərkəzinə gün ərzində 5 dəfə dairə seçki komissiyalarından məlumatlar daxil olacaq. Saat 10.00-da, 12.00-da, 15.00-da, 17.00-da və 19.00-da hər bir məntəqədə səsvermənin gedişi, seçicilərin fəallığı ilə bağlı məlumatlar avtomatlaşdırılmış sistem vasitəsilə "Seçkilər" İnformasiya Mərkəzinə ötürüləcək.

İ.Babayev bildirib ki, səsvermə noyabrın 6-da saat 19.00-da başa çatacaq. Həmin saatdan sonra qutular açılacaq və protokolların sayılmasına başlanacaq. İ.Babayevin sözlərinə görə, 3-4 saat ərzində hər məntəqə üzrə seçkilərin ilkin nəticələri məlum olacaq. Lakin seçkinin yekun nəticələrini müəyyənləşdirmək üçün bütün protokollar səhəri günü saat 19.00-dək MSK-ya göndərilməlidir. Həmin vaxt artıq tam nəticələr açıqlanacaq.

İ.Babayev bildirib ki, noyabrın 6-sı səhət saat 8.00-dan başlayaraq noyabrın 7-si axşam saat 19.00-dək bütün kütləvi informasiya vasitələrinin nümayəndələri İnformasiya Mərkəzində seçkinin gedişi, həmçinin nəticələrin hesablanması, protokolların göndərilməsi və elan olunması prosesini izləyə bilərlər.

Xəbər lenti

Xəbər lenti