...

Misir Mərdanov: Məktəb diroktorlarının seçki prosesinə qarışmaq hüququ yoxdur

Siyasət Materials 27 Oktyabr 2005 18:07 (UTC +04:00)

Binalarında seçki məntəqələrinin təşkil olunduğu ümumtəhsil məktəblərinin direktorlarının hər hansı bir şəkildə namizədlərdən birinin xeyrinə seçki prosesinə qarışmaq hüququ yoxdur. Bu barədə Azərbaycanın təhsil naziri Misir Mərdanov eyni zamanda seçki məntəqələrinin sədrləri olan məktəb direktorlarının müəyyən deputatları dəstəkləməsi barədə məlumatı şərh edərkən Trend ə ekskluziv müsahibəsində bəyan edib.

"Bu qanunla qadağan olunub", -deyə nazir qeyd edib. "Dövlət başçısının bu barədə qərarı var və biz hamımız ona riayət etməliyik", -deyə M.Mərdanov bəyan edib. "Hamı Azərbaycanda demokratik, ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün qüvvəsini sərf etməlidir", -deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti