...

Oktyabrın 28-də Mərkəzi Seçki Komissiyası Bakıya 11 min nişanlama dəsti göndərəcək

Siyasət Materials 28 Oktyabr 2005 12:30 (UTC +04:00)

Gürcüstan Azərbaycanda noyabrın 6-da keçiriləcək parlament seçkilərində ölkəyə texniki yardım göstərəcək.

Trend in "Praym-nyus" agentliyinə istinadən xəbər verdiyi kimi, söhbət Azərbaycana xüsusi mürəkkəbin tədarükündən gedir. Barmaqların mürəkkəbə batırılmasından ibarət üsul parlament və prezident seçkiləri zamanı dəfələrlə və uğurla tətbiq olunub. Seçici səs verdikdən sonra xüsusi şəffaf mürəkkəblə onun barmağına görünməsi yalnız xüsusi aparatın köməyi ilə mümkün olan nişan qoyurlar. Beləliklə, bu üsul seçkilər zamanı bir seçicinin bir neçə dəfə səs verməsinin qarşısını alır.

Bu gün MSK Bakıya 11 min nişanlama dəsti göndərəcək.

Bu barədə razılıq Azərbaycan və Gürcüstan prezidentləri İlham Əliyev və Mixail Saakaşvili arasında tetefon bağlantısı zamanı əldə olunub.

Xəbər lenti

Xəbər lenti