...

Bakıda MDB beynəlmiləlçi hərbçiləri ilə iş üzrə Komitənin Əlaqələndirmə Şurasının iclası keçirilir

Siyasət Materials 28 Oktyabr 2005 14:06 (UTC +04:00)
Bakıda MDB beynəlmiləlçi hərbçiləri ilə iş üzrə Komitənin Əlaqələndirmə Şurasının iclası keçirilir

Trend bildirir ki, oktyabrın 28-də Bakıda MDB üzvü dövlətlərinin hökumət başçıları Şurası yanında beynəlmiləlçi hərbçilərlə iş üzrə Komitənin Əlaqələndirmə Şurasının növbəti iclası öz işinə başlayıb.

"Azərbaycan bu gün dünyəvi və hüquqi dövlətdir və bütün beynəlxalq təşkilatlara uğurla inteqrasiya olunur"-deyə iclasda çıxış edən AR baş nazirinin birinci müavini Abbas Abbasov bəyan edib. O, Azərbaycanın yolunda yeganə problemin 15 il bundan əvvəl başlamış Dağlıq Qarabağ münaqişəsi olduğunu deyib və bunu Ermənistan tərəfinin ölkəyə qarşı törətdiyi dövlət təcavüzü adlandırıb. "Siz beynəlmiləlçi hərbçilərə hərbi münaqişə, barıt qoxusu, milyonlarla qaçqın kimi ifadələr yaxşı tanışdır"-deyə A.Abbasov bəyan edib.Onun sözlərinə görə, uzun sürən münaqişə bütün regionda sabitliyi pozur.

MDB beynəlmiləlçi hərbçiləri ilə iş üzrə Komitənin Əlaqələndirmə Şurasının sədri Ruslan Auşev məruzə ilə çıxış edərək iştirakçılara Komitənin müasir mərhələdə fəaliyyəti barədə məlumat verib. Öz məruzəsində Auşev əmək qabiliyyətini itirmiş müharibə veteranlarının, yerli münaqişə, sülhməramlı əməliyyatların iştirakçıları və 2006-2010-cu illərdə MDB dövlətlərində terrorizm qurbanlarının həyat səviyyəsinin yaxşılaşdırılması üçün sosial və tibbi əsasların inkişafı Konsepsiyası layihəsinə xüsusi diqqət ayırıb. Auşevun sözlərinə görə, bir çox MDB dövlətlərində beynəlmiləlçi hərbçilərə güzəştlər pul vəsaitləri ilə əvəz edilib və bu da keçmiş güzəştlərin 1/3-dən çox təşkil edir.OÖ dövlətləri beynəlmiləlçi hərbçilərə diqqət və yardımı gücləndirməyə çağırıb.

Əlaqələndirmə Şurası həmçinin regional veteran birlikləri əlaqələrinin möhkəmləndirilməsi, bu təbəqəyə mənsub şəxslərin sosial müdafiəsi , MDB dövlətləri hökumətlərinin hərbçilərin probleməlrinin həllinə diqqət yönəltməsi mexanizmləri kimi məsələlərə baxacaq.

Şura öz işini gün ərzində bitirməyi planlaşdırır.İclasın işində Birliyin Ermənistandan başqa bütün ölkə nümayəndələri iştirak edir. Xatırladırıq ki, hazırda Azərbaycanda təxminən 10 min beynəlmiləlçi hərbçi vardır.

Xəbər lenti

Xəbər lenti