...

Xaricdən maliyyələşən Qeyri-hökumət Təşkilatlarının parlament seçkilərini müşahidə etməsinə qoyulan qadağa ləğv olunub

Siyasət Materials 28 Oktyabr 2005 14:08 (UTC +04:00)

Parlamentin oktyabrın 28-də keçirilən iclasında "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" AR qanuna dəyişiklik edilib. Trend xəbər verir ki, adıçəkilən qanun deputatların geniş müzakirəsinə səbəb olub.

Çıxış edən deputat Qulamhüseyn Əlibəyli bildirib ki, QHT-in seçikləri müşahidə etməsinə maneçilik yaradılmamalıdır. "Əgər seçkilərin demokratik və şəffaf keçirilməsinə çalışırıqsa, QHT-rin də bu prosesdə iştirakını təmin etməliyik. Biz bu qanuna dəyişikliyi vaxtında həyata keçirməliydik".

Digər deputat Nizami Xudiyev isə qeyd edib ki, QHT-in seçkiləri müşahidə etməklə bağlı məsələnin parlamentdə müzakirəsi heç də gec deyil. "Prezidentin seçkilərlə bağlı oktyabrın 25-də imzaladığı sərəncam və QHT-lərlə bağlı parlamentə göndərdiyi məlum tövsiyyə vaxtında verilib". Deputat Əliməmməd Nuriyev QHT-in seçkiləri müşahidə etməklə bağlı məsələyə səs vermək zəruriliyini qeyd edib.

Çıxış edən digər deputatlar da adıçəkilən qanuna dəyişiklik edilməsini günün tələbi olduğunu vurğulayıblar.

Adıçəkilən qanun müzakirələrdən sonra səs çoxluğu ilə qəbul edilib. Dəyişikliklərə əsasən, nizamnamə kapitalında xarici fiziki və hüquqi şəxslərin payı 30%-dən artıq olan və ya başqa cür maliyyələşdirilən qeyri-hökumət təşkilatların seçkiləri müşahidə etməsinə qoyulan qadağa aradan qaldırılıb.

Xəbər lenti

Xəbər lenti