...

Milli Məclis bəyanat qəbul edib

Siyasət Materials 28 Oktyabr 2005 16:40 (UTC +04:00)

"Azərbaycan Respublikasının Milli Məclisi bəyanat qəbul edib" Sənəd parlamentin oktyabrın 28-də keçirilən iclasında müzakirəyə çıxarılaraq qəbul olunub.

Bəyanatda bildirilib ki, Azərbaycan prezidentinin dövlətin inkişafı müstəqilliyi istiqamətində apardığı siyasət parlament tərəfindən dəstəklənir, prezidentin xalqın rifahı, sosial-iqtisadi inkişafı naminə atdığı addımlar yüksək qiymətləndirilir.

Azərbaycan dövlətində sabitliyin bərqərar olmasında, dövlətimizin müstəqillyinin möhkəmlənməsində, Dağlıq Qarabağ probleminin həlli istiqamətində prezidentin apardığı siyasətin də yüksək dəyərləndirilməsi adıçəkilən sənəddə öz əksini tapıb. Bəyanatda eyni zamanda dövlətdə yaranan sabitliyi pozmaqda maraqlı olan bəzi qüvvələrin və onlara maliyyə yardımı göstərən iqtidarda olan məmurların ifşa olunması istiqamətində aparılan fəaliyyət də yüksək qiymətləndirilib.

Qeyd edək ki, sənədi Arif Rəhimzadə, Hadı Rəcəbli, Eldar İbrahimov və Fəzail Ağamalı tərəfindən yaradılan işçi qrupu hazırlayıb.

Xəbər lenti

Xəbər lenti