...

Georq Qundersen: Norveçin Statoil şirkəti Azərbaycanın iqtisadiyyatına $2 mlrd. məbləğində kapital qoyub

Siyasət Materials 28 Oktyabr 2005 17:01 (UTC +04:00)
Georq Qundersen: Norveçin Statoil şirkəti Azərbaycanın iqtisadiyyatına $2 mlrd. məbləğində kapital qoyub

Statoil Azerbaijan şirkəti prezidentinin Trend ə eksklüziv müsahibəsi

- Azərbaycanda fəaliyyət göstərdiyi dövr ərzində Statoil şirkətinin ölkənin iqtisadiyyatına qoyduğu kapitalın həcmi nə qədərdir?

- Statoil Azərbaycanda 4 iri layihənin tərəfdaşıdır. Bunlar "Azəri-Çıraq-Günəşli" (AÇG) dəniz yataqları bloku, "Şah-Dəniz" qaz-kondensat yatağı, SCP qaz kəməri və BTC neft kəmərinin işlənməsi üzrə layihələrdir. Statoil bu layihələrə $2 mlrd. dəyərində maliyyə vəsaiti ayırıb.

- Gürcüstan tərəfi ilə qaz tədarükünə dair əlavə sazişin imzalanması ilə bağlı məsələnin razıllaşdırılması hansı mərhələdədir? Doğrudurmu ki, Gürcüstana ildə 1,3 mlrd. m3 qaz satılacaq?

- Gürcüstan GİOC (Gürcüstan Beynəlxalq Əməliyyat Şirkəti) vasitəsilə AGSC (Azerbaijan Gas Supply Company) və SCP Option Co. qaz şirkətləri ilə "Şah-Dəniz" yatağından 8 mlrd.m3 qazın alınması haqqında müqavilələr bağlayıb.

"Mərhələ-1" layihəsi çərçivəsində Türkiyə (BOTAS şirkəti), Azərbaycan və Gürcüstana (GİOC) qaz satılıb. Azərbaycan və Gürcüstan arasında hökumətlərarası işçi qrupu Gürcüstan tərəfindən əlavə həcmdə qazın alınması imkanlarının nəzərdən keçirilməsi məqsədilə yaradılıb. AGSC-nin operatoru olan Statoil bu qrupda Azərbaycanın Sənaye və Energetika Nazirliyinin müşaviridir. Əgər Gürcüstan Azərbaycandan razılaşdırlmış həcmdən daha çox qaz almaq istəsə, o zaman hər iki ölkə arasında belə bir satış haqqında müqavilənin bağlanması vacibdir.

- Statoil "Mərhələ-2" layihəsi çərçivəsində Azərbaycan qazının satış perspektivlərini necə qiymətləndirir?

- Statoil "Şah-Dəniz" yatağından qaz hasilatı üzrə Kommersiya Komissiyasının sədridir və biz yatağın gələcəkdə işlənməsi üçün müxtəlif qaz bazarlarının geniş diapazonunu nəzərdən keçiririk. Şirkət Azərbaycanı həm də "Mərhələ-2" layihəsinin həyata keçirilməsi istiqamətində maraqlı bazar kimi qiymətləndirir və hesab edir ki, ikinci mərhələ çərçivəsində hasil edilmiş qazın bir hissəsi ölkənin daxili bazarında satıla bilər. Statoil qazın digər hissəsini ixrac edərək ölkənin qaz ixracatçısı kimi mövqeyini möhkəmləndirməyi nəzərdə tutub. Azərbaycan qazının Avropa Birliyi ölkələrinin bazarlarında satılması sahəsində imkanlar da mövcuddur və hazırda bu istiqamətdə bir çox alternativlər nəzərdən keçirilsə də, hələlik bir qərara gəlinməyib.

- İstənilən bir ölkə, məsələn Türkiyə ilə müqavilə imzalamış hər hansı bir şirkət SCP ilə öz qazını ixrac etmək istəsə, qaz kəməri "Şah-Dəniz" yatağından belə həcmdə qaz qəbul edəcəkmi?

- SCP başlıca olaraq "Şah-Dəniz"dən qaz nəql etmək üçün çəkilib və yataqdakı qazın bütün həcmi uzun illər ərzində həmin boru kəməri ilə nəql olunacaq. Hazırda SCP ilə üçüncü ölkə tərəfindən qazın nəql ilə bağlı heç bir plan yoxdur.

- Bu gün Gürcüstanın SCP-dən qaz almaq imkanı varmı? Qazın Azərbaycanda və Gürcüstanda verilməsi prosesi necə həyata keçiriləcək?

- AGSC və SCPC-nin (Cənubi Qafqaz Boru kəməri Şirkəti) operatoru kimi Statoil Gürcüstana qaz tədarük etməyə hazırlaşır. Biz hər iki şirkətlə gündəlik əməliyyatlar üzrə qruplar yaradırıq və hesab edirik ki, alıcılar 2006-cı il sentyabrın sonunda müqavilədə göstərilmiş həcmdə qaz almağa hazır olacaq.

- Əgər İran öz qazını Gürcüstana satmaq istəsə, onun nəqli zamanı SCP-dən istifadə edə biləcəkmi?

- Uzun illər ərzində "Şah-Dəniz" "Mərhələ-1" layihəsi ilə qazın nəqli çərçivəsində SCP boru kəmərinin gücündən tam istifadə ediləcək. Şah-Dəniz" yatağının işlənib-hazırlanmasının növbəti mərhələlərində qaz bazarının necə olacağından asılı olaraq SCP nəzərdə tutulmuş həcmin nəqlində də istifadə edilə bilər. Hazırda üçüncü tərəfin qaz nəqli ilə bağlı heç bir plan yoxdur və biz bu alternativlər üzrə heç bir ehtimal irəli sürmək istəməzdik.

Xəbər lenti

Xəbər lenti