...

Ziyafət Əsgərov: Müxalifət noyabrın 7-də arşıdurmaya hazırlaşır

Siyasət Materials 28 Oktyabr 2005 17:51 (UTC +04:00)

"Azərbaycan müxalifəti noyabrın 6-na yox, noyabrın 7-nə - qarşıdurmaya hazırlaşır". Trend xəbər verir ki, Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov parlamentin oktyabrın 28-də keçirilən iclasında üzünü müxalifətdən olan millət vəkillərinə tutaraq bu barədə bildirib.

Z.Əsgərov qeyd edib ki, müxalifətin noyabrın 7-də nəzərdə tutduğu qarşıdurma heç vaxt baş tutmayacaq: "Qulamhüseyn müəllim, gedin İsa Qəmbərə, Əli Kərimliyə, Rəsul Quliyevə deyin ki, bu dövləti sarsıtmaq mümkün olmayacaq".

Vitse-spiker onu da qeyd edib ki, Azərbaycan müxalifəti konstitusiyada nəzərdə tutulan sərbəst toplaşmaq haqqında maddəni əsas tutaraq paytaxtın istənilən yerində asayişi pozmaq və ictimaiyyət arasında qarşıdurma yaratmağa cəhd göstərir: "Düzdür, konstitusiyanın 49-cu maddəsində insanların azad toplaşmaq hüququ göstərilib. Ancaq dövlətin mənafeyi tələb etdiyi anlarda sərbəst toplaşmaq azadlığı məhdudlaşdırıla bilər. Bu hal 1966-cı il 16 oktyabr paktında, Avropa Şurasının insan hüquqları və əsas azadlıqları haqqında konvensiyasında da əksini tapıb".

Vitse-spiker bildirib ki, ancaq Azərbaycan iqtidarı bu məhdudlaşdırmadan istifadə etmir. İqtidarın bu güzəştindən istifadə edən müxalifət sərbəst toplaşmaq yox, qarşıdurma, çaxnaşma salmaq niyyətindədir: " Əbülfəz Elçibəy 1992-ci il sentyabrın 22-də həmin bu məhdudiyyət nəzərdə tutulan paktı Helsinki şəhərində imzalayıb. Həmin vaxtdan sonra "Azadlıq" meydanını və digər yerləri bağladınız. İndi hansı qanunun pozulduğunu bildirirsiniz".

Xəbər lenti

Xəbər lenti