...

"Azadlıq" bloku 3 noyabr aksiyasını rayonlarda keçirməyə qərar verib

Siyasət Materials 28 Oktyabr 2005 18:47 (UTC +04:00)

"Azadlıq" bloku noyabrın 3-ü Bakıda keçirməyi planlaşdırdığı aksiyasının yerini dəyişib və rayonlara təyin edib. Bu barədə Trend ə blokun Mərkəzi Seçki Qərargahından məlumat verilib. "Azadlıq" bloku liderləri qərara alıblar ki, noyabrın 3-də saat Xaçmazda, Dəvəçidə və Sumqayıtda kütləvi tədbirlər, seçicilərlə görüşlər keçirsinlər. Bu tədbirlərlə bağlı hər üç şəhərin icra hakimiyyətinə müraciət olunub.

Bakıda isə kütləvi tədbir noyabrın 4-də Nəriman Nərimanov kinoteatrının qarşısındakı parktda keçiriləcək. Seçicilərlə görüş xarakteri daşıyan bu tədbirin sonunda konsert təşkil olunması planlaşdırılıb. Mitinq-konsertlə bağlı oktyabrın 28-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunub.

Xəbər lenti

Xəbər lenti