...

Avropa Birliyi "üçlüyü" Azərbaycan prezidentinin son sərəncamını alqışlayır

Siyasət Materials 28 Oktyabr 2005 20:23 (UTC +04:00)

Avropa Birliyi "üçlüyü" Azərbaycan prezidenti İlham Əliyevin parlament seçkilərinə hazırlıq və onun keçirilməsi isə bağlı təcili tədbirlər barədə son sərəncamını alqışlayıb. Trend in məlumatına görə, bu barədə Böyük Britanyianın (AB-nə sədrlik edən ölkə) Azərbaycandakı səfirliyinin Avropa Birliyi adından yaydığı bəyanatda bildirilir.

Sənəddə bildirilir ki, prezidentin 25 oktyabr tarixli sərəncamı 6 noyabrda keçiriləcək parlament seçkitləri üçün nəzərdə tutulan bir sıra mühüm öhdəlikləri müəyyən edir ki, onların ən qısa müddətdə yerinə yetirilməsi vacibdir. Eyni zamanda, bəyanatda seçkilərin monitorinqində kapital nizamnaməsinin 30%-dən çoxu xarici mənbələr tərəfindən maliyyələşdirilən QHT-in iştirakına qoyulan qadağanın ləğv edilməsinin də mühümlüyü göstərilib.

Bundan əlavə, sənəddə seçkilərlə bağlı bütün şikayətlərin diqqətlə araşdırılmasının, öz inzibati mövqeyindən hər hansı namizədin və ya partiyanın xeyriən istifadə edən şəxslərin cəzalandırılmasının, müşahidəçilər tərəfindən seçki siyahılarını yoxlanılmasına yardım göstərməyin, təkrar səsvermənin qarşısının alınması üçün də barmaqların mürəkkəblə işarələnməsi metodunun tətbiqinin mühümlüyü də bildirilib. Eləcə də "Sərbəst toplaşma azadlığı" qanununun yerinə yetirilməsinin yaxşılaşdırılmasının və kütləvi aksiyaların keçirilməsi üçün zəruri şəraitin yaradılmasının əhəmiyyəti vurğulaynıb.

Böyük Britaniyanın XİN-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Brayan Pol oktyabrın 28-də keçirilən mətbuat konfransında prezidentin sərəncamının çox mühüm məsələləri əks etdirdiyni, lakin bir qədər gecikmiş olduğunu bildirib. Onun s.zlərinə görə, hazırki mərhələdə sərəncamda göstərilən məqamların tezliklə reallaşdırılması çox vacibdir.

Xəbər lenti

Xəbər lenti