...

Ramil Usubov: 2005-ci il noyabrın 10-na kimi Azərbaycanın DİN qüvvələri gücləndirilmiş rejimdə işləyəcək

Siyasət Materials 29 Oktyabr 2005 12:09 (UTC +04:00)
Ramil Usubov: 2005-ci il noyabrın 10-na kimi Azərbaycanın DİN qüvvələri gücləndirilmiş rejimdə işləyəcək

Noyabrın 10-na kimi Azərbaycanın DİN-nin qüvvələri gücləndirilmiş rejimdə işləyəcək. Trend in verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Azərbaycanın daxili işlər naziri Ramil Usubov məlumat verib. O qeyd edib ki, hələ oktyabrın 17-də təkcə parlament sekiləri ilə deyil, ölkədə bilavasitə hakimiyyəti zorla ələ keçirilməsi faktlarının aşkara çıxması ilə bağlı müvafiq sərəncam imzalayıb.

DİN-in şəxsi tərkibinin hakimiyyəti zorla ələ keçirməyə cəhd edən bir sıra yüksək vəzifəli şəxslərin həbsinə münasibəti ilə bağlı R.Usubov razılıqla qeyd edib ki, eks-nazirlərin dəstəklənməsi ilə bağlı yalnız bir neçə qeydə alınıb.

"Belə şəxslərin sayı 3-5 nəfəri keçməyib və mən sevinclə deyə bilərəm ki, DİN-in şəxsi tərkibinin əsas kontingenti prezident İlham Əliyevin ətrafında sıx birləşib və onun Azərbaycan xalqı tərəfindən dəstəklənən yürütdüyü siyasətə bağlılıqlarını ifadə edir", -deyə nazir qeyd edib.

"Mən fikirləşirəm ki, sağlam düşüncəli insan hakimiyyəti dəyişməyə cəhd edə bilməz. Bu son nəticədə onun özünə qarşı çevrilə bilər və bütün cəmiyyətə ziyan vura bilər", - deyə DİN rəhbəri bildirib.

Səsvermə günü ictimai asayişin təmin olunmasından danışarkən nazir qeyd edib ki, artıq bu məqsədlə Fəaliyyət planı hazırlanıb və seçki məntəqələrində asayiş nümayəndələrinin çatışmamazlığı olmayacaq. "Qanun keşikçiləri hər hansı bir qanun pozuntusunun dərhal qarşısının alınması üçün əllərindən gələni edəcəklər", -deyə DİN rəhöəri bildirib. Onun s.zlərinə görə, polis "lazımi məsafədə yerləşdiriləcək və Azərbaycanın Seçki Məcəlləsində yazıldığı kimi bilavasitə seçki məntəqələrinin nümayəndələrinin müraciətindən sonra fəaliyyət göstərəcək".

R. Usubov həmçinin bildirib ki, Azərbaycanın DİN Pasport idarəsinin qarşısında seçki gününə kimi seçiciləri 100% şəxsiyyət vəsiqələri ilə təmin etmək bir vəzifə kimi qoyulub və "bu məqsəd yerinə yetiriləcək". "Bu günə kimi əhalinin şəxsiyyət vəsiqələri təminatı 98% təşkil edir",- deyə sonda Azərbaycanın daxili işlər naziri bildirib.

Xəbər lenti

Xəbər lenti