...

Noyabrın 4-də 47 müşahidəçi Azərbaycana gələcək

Siyasət Materials 29 Oktyabr 2005 12:46 (UTC +04:00)

AŞPA nümayəndə heyəti tərkibində 47 müşahidəçi ilə noyabrın 4-də Bakıya gələcək. Bu barədə Trend ə Strasburqda AŞPA-nın katibliyində bildirilib.

Məlumata əsasən, Leo Platvoetin (Niderland, birləşmiş Avropa solçular Qrupu) başçılıq etdiyi nümayəndə heyəti noyabrın 7-dək respublikada olacaq və həmin gün Bakıda keçiriləcək son mətbuat konfransında nəticələri təqdim edəcək.

Qeyd olunur ki, həmin nümayəndə heyəti AŞPA-nın indiyədək göndərdiyi ən çoxsaylı nümayəndə heyətidir. Hakimiyyət və parlament seçkilərində iştirak edən syiasi partiya, seçki komissiyaları və ictimaiyyət nümayəndələri ilə göryüşlər keçiriləcək.Noyabrın 6-da - seçkilər günündə nümayəndə heyəti seçkilərin gedişini müşahidə edəcək.

Oktyabrın 11-13-də Bakıda olmuş Leo Platvoet prezident İlham Əliyev tərəfindən seçkilərin şəffaflığının təmin edilməsi məqsədilə qəbul edilmiş tədbirlər, xüsusilə seçicilərin barmaqlarının mürəkkəbə boyanması və digər məsələlərlə bağlı məmnunluğunu bildirib.

"Bu tədbirlər bizim səfərimizdə prezidentə bəyan etdiyimiz tövsiyələrin bəzisinə cavab verir və seçkilərin daha da demokratik keçirilməsi məqsədini daşıyır.Azərbaycandakı seçkilər ölkənin Avropa Şurasına üzvlüyündən irəli gələn öhdəliklərə müvafiq olaraq təşkilatın demokratik dəyərlərini müdafiə etməkdə öz qabiliyyətini nümayiş etdirmək üçün nadir imkanlar verir"-deyə o qeyd edib.

Nümayəndə heyətinin tərkibinə həmçinin ATƏT DİİHB ilə birgə Azərbaycanın seçki məcəlləsinin Avropa standartlarına müvafiq qiymətləndirilməsini aparan Avropa Şurası Venesiya komissiyasının üzvü də daxildir.

Xəbər lenti

Xəbər lenti