...

Elmar Məmmədyarov: Azərbaycanla Avropa Birliyinin əməkdaşlığı üzrə iş planı hazırlanır

Siyasət Materials 29 Oktyabr 2005 13:21 (UTC +04:00)

Avropa Birliyinin (AB) "Yaxın Qonşuluq Proqramı" layihəsinin çərçivəsində Azərbaycan üzrə İş planını hazırlanmana başlanılıb. Trend in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri jurnalistlərlə söhbətində AB Üçlüyünün Bakıya səfərinin yekunlarını şərh edərkən bildirib.

XİN başçısı bildirib ki, seçkilərdən dərhal sonra Azərbaycanla AB -nin əməkdaşlığının inkişafı üzrə İş planının detallarının müzakirə edilməsi üçün bir günlük səfərlə Brüsselə yola düşəcək.

"Mən artıq noyabrın ortalarında İş planının detallarını müzakirə etmək üçün Brüsselə səfər edəcəyimlə bağlı razılıq vermişəm", -deyə E. Məmmədyarov qeyd edib. Onun sözlərinə görə, bu qərar Üçlyün nümayəndə heyətinin Bakıya səfəri zamanı qəbul olunub.

Xəbər lenti

Xəbər lenti