...

Qarabağ Azadlıq Təşkilatı aksiyasını təxirə salıb

Siyasət Materials 29 Oktyabr 2005 13:27 (UTC +04:00)

"Qarabağ Azadlıq Təşkilatı (QAT) oktyabrın 29-da Heydər Əliyev adına Respublika sarayı qarşısında planlaşdırdığı etiraz aksiyasını təxirə salıb". Bu barədə Trend agentliyinə QAT sədri Akif Nağı bildirib.

Qeyd edək ki, QAT Türkiyə estradasının ulduzu İsmayıl YK-ın oktyabrın 29-da Zəngilanın işğalı günü adıçəkilən sarayda konsert proqramına etiraz məqsədilə aksiya keçirməkdə israrlı idi. A.Nağı bildirib ki, Heydər Əliyev adına Respublika sarayının direktoru Fərhad Babayevlə apardığı danışıqlardan sonra konsertin tarixi oktyabrın 30-a keçirilib: "Buna görə də aksiyanı təxirə salmışıq".

Xəbər lenti

Xəbər lenti