...

Barmaqların mürəkkəblənməsi proseduruna dair seminar-müşavirələr keçiriləcək

Siyasət Materials 29 Oktyabr 2005 13:29 (UTC +04:00)

Seçki günü seçicilərin barmaqlarının mürəkkəbə batırılması təcrübəsinin Azərbaycanda ilk dəfə həyata keçirldiyini nəzərə alaraq, Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 30-da Dairə Seçki Komissiyaları (DSK) sədrləri üçün seminar-müşavirə keçirəcək. Bu barədə Trend ə MSK-dan məlumat verilib. Seminar-müşavirədə DSK sədrlərinə seçki günü mürəkkəbdən istifadə olunması prosesi barədə ətraflı məlumat veriləcək. Bundan sonra isə DSK-lar da Məntəqə Seçki Komissiyalarının üzvləri üçün bu tipli müvafiq seminar-müşavirələr təşkil edəcəklər.

Qeyd edək ki, bu tədbirlər prezident İlham Əliyevin "Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin hazırlanması və keçirlməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" 25 oktyabr 2005-ci il tarixli Sərəncamının tələblərindən irəli gəlir. Sərəncamda MSK-ya aid digər məsələlərin həlli istiqamətində də müvafiq iş aparılır.

Xəbər lenti

Xəbər lenti