...

MDB xüsusi xidmət rəhbərləri növbəti dəfə may ayında Düşənbədə yığışacaq

Siyasət Materials 29 Oktyabr 2005 13:35 (UTC +04:00)

MDB ölkələri xüsusi xidmət rəhbərləri Şurasının növbəti iclası gələc ilin mayında Düşənbədə keçiriləcək. Trend bildirir ki, belə bir qərar MDB ölkələrinin xüsusi xidmət rəhbərləri Şurasının Yaltada keçirilən 19-cu iclasında qəbul edilib.

Terrorizm, mütəşəkkil cinayətkarlıq, narkobiznes, qeyri-qanuni miqrasiya kimi ənənəvi məsələlərdən başqa, müasir kompyuter texnologiyalarından istifadə ilə iqtisadi cinayətlərin aradan qaldırılması kimi aktual məsələlər də müzakirə edilib.İclas iştirakçıları həmçinin bu sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair ikitərəfli danışıqlar aparıb.Xüsusi xidmət rəhbərləri bildirib ki, müzakirə olunan məsələlərə dair müvafiq sənədlər qəbul edilib.

İclasda AR Milli təhlükəsizlik Nazirliyinin nümayəndə heyəti də iştirak edib.

Xəbər lenti

Xəbər lenti