...

AZAL yeni A-319 aerobusunu istismara verib

Siyasət Materials 29 Oktyabr 2005 14:41 (UTC +04:00)
AZAL yeni A-319 aerobusunu istismara verib

Oktyabrın 29-da Heydər Əliyev adına Bakı beynəlxalq hava limanında Azərbaycana gətirilmiş ikinci A-319 aerobusunun istismara verilməsi münasibətilə mərasim keçirilib. Trend bildirir ki, mərasimdə AZAL DK sədrinin müavini Sabir İlyasov, Dövlət konserninin istismar məsələləri üzrə sədr müavini Arif Məmmədov, AR nəqliyyat nazirinin müavini Musa Pənahov və digərləri iştirak edib.

A.Məmmədovun sözlərinə görə, belə aerobusların alınması barədə qərar 2004-cü ilin əvvəlində qəbul edilib, avqustda isə artıq Airbus Industries ilə saziş imzalanıb. "Bu, ölkədəki rul idarəetməsi ilə yox costik ilə həyata keçiriləcək ilk təyyarələrdir" -deyə o bildirib. Aerobus 122 sərnişinədək daşıya bilər.

O, qeyd edib ki, 2004-2010-cu illərdə Azərbaycanın mülki aviasiyasının inkişafı proqramı çərçivəsində 3 İL-76 yük təyyarəsinin alınmasına dair razılaşma vardır.Hava limanında indi mehmanxananın tikintisi aparılır və DK ölkənin regionlarında yeni hava limanları tikir. "Üçüncü və dördüncü aerobuslar Bakıya 2006-cı ilin yayınadək gətiriləcək" -deyə Arif Məmmədov bildirib.

Airbus Industries şirkətinin nümayəndəsi Filip Salimee bildirib ki, aerobus artıq istismara hazırdır, yaxın günlərdə gömrük məsələləri həll ediləcək, bundan sonra həmin təyyarədə müxtəlif Avropa ölkələrinə reyslər təşkil ediləcək.

İlk təyyarə Bakıya Hamburqdan cari ilin 2 sentyabrında gətirilib. Müqavilənin qiyməti $170 mln. təşkil edir.

Xəbər lenti

Xəbər lenti