...

Polis İdarəsində seminar-müşavirə keçirilib

Siyasət Materials 29 Oktyabr 2005 15:10 (UTC +04:00)

Oktyabrın 29-da Gəncə Şəhər Polis İdarəsində qərb bölgəsində fəaliyyət göstərən KİV və hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə seminar-müşavirə keçirilib. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavni Ehsan Zahidov məlumat verib.

Seminar-müşavirədə kütləvi tədbirlər zamanı jurnalistlərin üzləşdikləri problemlər və polis-jurnalist münasibətləri müzakirə edilib. Belə vəziyyətlərdə KİV əməkdaşları ilə polis arasında yaranan anlaşılmazlıqların aradan qaldırılması ilə bağlı təkliflər səsləndirilib.

Tədbirdə Daxili İşlər Nazirliyinin şəxsi heyətlə iş üzrə şöbəsinin rəisi Ramiz Axundov və Mətbuat Şurasının nümayəndələri də iştirak edib.

Xəbər lenti

Xəbər lenti