...

"Qarabağ bəyannaməsi"ni 85 namizəd imzalayıb

Siyasət Materials 29 Oktyabr 2005 15:14 (UTC +04:00)

"Qarabağ bəyannaməsi"ni 85 namizəd imzalayıb". Bu barədə Trend ə Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib.

Qeyd edək ki, QAT və Qarabağ Koordinasiya Şurası "Qarabağ bəyannaməsi"ni hazırlayıb imzalamaq üçün 200 deputatlığa namizədə təqdim edib. Bəyannaməni imzalayan namizədlər Ermənistanın Azərbaycana təcavüzünün nəticələrinin aradan qaldırılması, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızın qeyd-şərtsiz işğaldan azad edilməsi istiqamətində fəaliyyət göstərmək və bu sənəddən irəli gələn öhdəlikləri üzərlərinə götürməlidirlər.

Adıçəkilən bəyannamə ilə bağlı toplantı oktyabrın 29-da Beynəlxalq Mətbuat Mərkəzində keçirilib. A.Nağı bildirib ki, adıçəkilən bəyannaməni imzalayan namizədlər arasında Müsavat başqanı İsa Qəmbər, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (klassiklər) sədri Mirmahmud Mirəlioğlu, Azərbaycan Liberal Partiyasının İcraiyyə Komitəsinin sədri Əvəz Temirxan və digərləri var.

QAT sədri onu da qeyd edib ki, "Qarabağ bəyannaməsi" barədə açıqlama verilməzdən öncə Zəngilanın işğalının ildönümü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət ediblər.

Xəbər lenti

Xəbər lenti