...

Yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında ÜDM 28% artıb

Siyasət Materials 31 Oktyabr 2005 13:03 (UTC +04:00)

2005-ci ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında ÜDM 28% artaraq 1082100 mln manat təşkil edib. NMR-in Bakıdakı daimi nümayəndəliyindən Trend ə verilən məlumata görə, bu dövr ərzində ÜDM-in strukturunda 49,3% və ya 533730,5 mln manat malların istehsalına, 4,3% və ya 46414,5 mln manat xalis məhsul və idxal vergisinin payına düşür.

Nümayəndəlikdən onu da bildiriblər ki, ÜDM-in strukturunda sənaye sektorunun əlavə dəyəri 9,2% və ya 99629,5 mln manat, kənd təsərrüfatında 24,9% və ya 164978,4 mln manat, nəqliyyat sektorunda - 6,6% və ya 71244,3 mln manat, rabitə sahəsində - 0,6% və ya 6477,6 mln manat, avtomobilləri, məişət texnikasını təmir və ticarət sahəsində - 20,8% və ya 225435 mln manat, restoran və mehmanxana xidmətləri sahəsində - 0,5% və ya 4876,5 mln manat, sosial, qeyri-formal və digər xidmətlər sahəsində - 17,9% və ya 193921,6 mln təşkil edib.

Azərbaycan Milli Bankının məlumatına görə, 31.10.05-ci il tarixində dolların AZM-ə nisbətən məzənnəsi 4597 manatdır.

Xəbər lenti

Xəbər lenti