...

Danimarkadan 2500 ultrabənövşəyi lampa və 8 min balon şəffaf mürəkkəb Azərbaycana gətirilib

Siyasət Materials 31 Oktyabr 2005 14:21 (UTC +04:00)

Oktyabrın 31-də Danimarkadan 2500 ədəd ultrabənövşəyi lampa və 8 min balon şəffaf mürəkkəb Azərbaycana gətirilib. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov məlumat verib.

Qeyd edək ki, prezident İlham Əliyevin müvafiq tapşırığından sonra Mərkəzi Seçki Komissiyası seçki günü seçicilərin barmaqlarının mürəkkəblənməsi barədə qərar qəbul edib. Barmaqların mürəkkəblənməsi üsulunun tətbiqi ilə əlaqədar Gürcüstan Respublikasından və Danimarkadan mürəkkəb sifariş olunub. Əvvəlcə Gürcüstan Mərkəzi Seçki Komissiyası Azərbaycana 3000 balon mürəkkəb və bir o qədər də mürəkkəbi oxumaq üçün müvafiq cihazlar verib. Lakin seçkilərdə ümumilikdə təqribən 5500 balon və cihaz lazım olduğunu deyən R.Qasımovun sözlərinə görə, bu məqsədlə Danimarka ilə də danışıqlar aparılıb. O bildirib ki, onun rəhbərliyi ilə MSK nümayəndələri mürəkkəb balonları və ultrabənövşəyi lampaları hava limanında artıq qəbul ediblər.

Xəbər lenti

Xəbər lenti