...

Ukrayna prezidentinin Azərbaycana səfərinin tarixi razılaşdırılır

Siyasət Materials 31 Oktyabr 2005 14:40 (UTC +04:00)

Ukrayna prezidenti Viktor Yuşenkonun Azərbaycana səfərinin tarixi razılaşdırılır. Bu barədə Trend ə eksklüziv olaraq Ukraynanün Azərbaycandakı işləri üzrə müvəqqəti müvəkkili İqor Kizima bildirib.

Onun sözlərinə görə, Ukrayna Azərbaycan tərəfinə səfərin noyabrda reallaşdırılmasını təklif edib. Yaxın vaxtlarda diplomatik kanallar vasitəsilə səfərin konkret tarixi dəqiqləşdiriləcək, daha sonra səfər proqramı və danışıqların gündəliyinin hazırlanmasına başlana bilər", - deyə diplomat qeyd edib.

Səfər çərçivəsində biznes-forumun keçiriləcəyi və aqrar sahədə əməkdaşlığın, elmi-istehsal fəaliyyətinin, həmçinin, neft-qaz sektorunun inkişafı sahəsində bir sıra ikitərəfli sənədlərin imzalanacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti