...

AŞPA-nın həmməruzəçisi Andres Herkel Latviya parlamentarilərinin nümayəndə heyəti ilə birgə Bakıya gələcək

Siyasət Materials 31 Oktyabr 2005 14:45 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçisi Andres Herkel noyabrın 4-də Latviya deputatlparı ilə birgə parlament seçkilərini müşahidə etmək üçün Bakıya gələcək. Bu barədə Trend ə diplomatik mənbələrdən məlum olub.

Estoniya parlamentinin deputatlarından ibarət qrup əsasən beynəlxalq təşkilatları təmsil edəcək. Xüsusilə A.Herkel ilə yanaşı AŞPA-nı Toomas Alatalu (Toomas Alatalu) da təmsil edəcək. NATO PA nümayəndə heyətinin tərkibində Marqus Hanson (Margus Hanson), ATƏT PA-nın nümayəndə heyətində - Yaak Allik (Jaak Allik), Yarno Laur (Jarno Laur), Vayno Linde (Iaino Linde) Bakıya gələcək.

Maraqlıdır ki, ATƏT PA-dan olan missiyanın tərkibinə Latviya parlamentinin azərbaycanlı deputatı Eldar Əfəndiyev də daxildir.O, Latviyanın Mərkəzçi partiyasını təmsil edir. Bu partiyanı həm də onun deputat həmkarı Vladimir Velman (Iladimir Ielman) təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti