...

MSK barmaqların mürəkkəblənməsinə dair seminar-müşavirə keçirib

Siyasət Materials 31 Oktyabr 2005 15:10 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası (MSK) "Hökumət evi"nin akt zalında prezident İlham Əliyevin 25 oktyabr 2005-ci il tarixli "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqında" sərəncamına həsr olunmuş seminar-müşavirə keçirib. Trend in məlumatına görə, müşavirədə MSK üzvləri, seçki dairələri dairə seçki komissiyalarının sədrləri, MSK Katibliyinin məsul işçiləri iştirak ediblər.

MSK sədri Məzahir Pənahov sözügdən sərəncamın tələblərini bir daha seminar - müşavirə iştirakçılarının nəzərinə çatdırıb, bu sənədlə seçki komissiyalarının üzərinə qoyulan vəzifələrdən söz açıb. Sərəncamı müstəsna əhəmiyyətə malik sənəd adlandıran MSK sədri qeyd edib ki, ölkə Prezidenti bu sərəncamı imzalamaqla demokratik, şəffaf və ədalətli seçkilərin keçirilməsi ilə bağlı mövqeyini bir daha ortaya qoyub. O, səsvermə günü seçki məntəqələrinin səsverməyə tam hazır vəziyyətdə olmasına dair tapşırıqlarını da verib. Sədr deyib ki, sərəncamın imzalandığı günün sabahısı MSK səsvermə günü seçki bülletenlərini aldıqları zaman barmaqlarının gözə görünməyən mürəkəblə işarələnməsi təcrübədən isitifadə olunmasına dair qərar verib. Oktyabrın 29-da isə səsvermə günü seçki bülletenlərini alan zaman seçicilərin barmaqlarının mürəkkəblə işarələnməsi qaydalarına dair Təlimatı təsdiq etdiyini bildirib.

Sonra MSK katibi Iidadi Mahmudov həmin Təlimatın müddəaları barədə məlumat verib. Ultrabənövşəyi lampa və çiləyicisi olan mürəkkəb balonundan istifadə olunmsı qaydaları bir neçə dəfə əyani nümayiş etdirilib. MSK-nın digər katibi Natiq Məmmədov dövlət başçısının məlum Sərəncamında əks olunan nizamnamə kapitalında xarici fiziki və hüquqi şəxslərin payı 30 faizdən çox olan qeyri- hökumət təşkilatlarının müşahidəçiliyi və şikayətlərə baxılma qaydaları haqqında danışıb.

Seminar- müşavirədə ATƏT-ni Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Seçki Müşahidə Missiyasının, ABŞ Beynəlxalq Yardım Agentliyinin və Seçki Sistemləri Üzrə Beynəlxalq Fondun təmsilçiləri də iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti