...

AŞPA Komitəsi sədrinin müavini Azərbaycanda seçkilərin demokratik keçiriləcəyinə inanır

Siyasət Materials 31 Oktyabr 2005 15:22 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA)hüquq məsələləri və insan haqları Komitəsinin sədr müavini Eduard Lintner Azərbaycanda qarşıdakı parlament seçkilərinin demokratik keçirilməsinə inanır. Trend in məlumatına görə, bu barədə o, Bakıda bəyanat verib.

O bildirib ki, seçkilərdə seçicilərin hüquqları və səslərin hesablanması prosesinin şəffaflığı təmin olunmalıdır. AŞPA Komitəsi sədrinin müavini Azərbaycan rəsmiləri ilə aparacaq danışıqlar zamanı Azərbaycan vətəndaşları olan və Dağlıq Qarabağda yaşayan ermənilərin seçkilərdə iştirakı məsələsinin dəqiqləşdirəcək.

E.Lintneri səfərdə alman deputat Verner Münhin müşaiyət edir. Səfərdə məqsəd ölkədə seçkiqabağı vəziyyətlə tanışlıq və Azərbaycanla Avropa Şurası arasında gələcək əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparmaqdır. Səfər çərçivəsində qaçqınların və məcburi köçkünlərin vəziyyəti ilə tanıq olmaq da nəzərdə tutulub.

Səfər prqramına görə, E.Lintner xarici işlər, daxili işlər nazirləri, ədliyyə naziri, Baş prokuror, MSK və Milli Məclis sədrləri ilə də görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti