...

Növbəti yarımildə Rumıniya Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasında sədrlik edəcək

Siyasət Materials 31 Oktyabr 2005 16:39 (UTC +04:00)

Növbəti yarımildə Rumıniya Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasında sədrlik edəcək. Azərbaycan XİN-in mətbuat mərkəzindən Trend ə verilən məlumata görə, bu barədə qərar XİNŞ-in Kişnyovda keçirilmiş növbəti iclasında qəbul olunub. Xatırladaq ki, iclasda Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev iştirak edirdi.

İclasın gedişində təşkilatın perspektivləri, AB, GUAM və bu kimi digər beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı, həmçinin, nəqliyyat və energetika sahəsində məsələlər müzakirə olunub.

M.Məmmədquliyev çıxışı zamanı QİƏT-lə AB arasında əməkdaşlığın inkişafı məsələsinə toxunaraq təşkilatın iştirakçı dövlətlərinin birgə nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinin vacibliyini qeyd edib, onun səsvermə sisteminə dəyişikliklərin edilməsinin zəruriliyini vurğulayıb.

İclas AB ilə əməkdaşlığın gücləndirilməsi haqqında bəyanatın qəbul olunması ilə başa çatıb.

Xəbər lenti

Xəbər lenti