...

Bakı Şəhər İcra Hakimiyyəti "Azadlıq" blokunun 4 noyabr mitinq-konsertinə izacə verməyib

Siyasət Materials 31 Oktyabr 2005 16:47 (UTC +04:00)

Bakı Şəhər İcra Hakimiyyəti "Azadlıq" blokunun noyabrın 4-də Bakının Nəriman Nərimanov parkında mitinq-konsert keçirməsinə izacə verməyib. Bu barədə Trend ə Bakı Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Zaur Ramazanov məlumat verib. O bildirib ki, "Azadlıq" blokunun təklif etdiyi Nəriman Nərimanov kinoteatrının qarşısındakı parkda tədbirin keçirilməsi məqsədəuyğun hesab edilməyib. Əvəzində "Azadlıq" blokuna 4 marşrut təklif edilib: "Azərneftyağ" İstehsalat Birliyinin stadionu, Neftayırma zavodu yaxınlığındakı dairə, "Ukrayna meydanı" və Biləcəri qəsəbəsindəki "Motodrom". Bu 4 marşrut üzrə saat 16.00-dan 18.00-dək mitinq keçirməyə izacə verilir.

Bakı Şəhər İcra Hakimiyyəti eyni zamanda Azərbaycan Liberal Partiyasının (ALP) noyabrın 3-də saat 16.00-dan 18.00-dək "Təbriz" kinoteatrının qarşısında seçicilərlə görüş keçirməsi ilə bağlı müraciətinə baxaraq razılıq verib. ALP-nin müraciətində bildirilib ki, partiyanın deputatlığa namizədləri həmin ərazinin 3 seçki dairəsinin seçiciləri ilə görüş keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti