...

PA Government Services şirkəti Azərbaycanda "exit roll"-ların ilkin yekunlarını noyabrın 6-da axşam açıqlayacaq

Siyasət Materials 31 Oktyabr 2005 17:47 (UTC +04:00)

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə Azərbaycanda parlament seçkilərini gedişində "exit poll"-ların keçirilməsi üzrə razılaşma imzalayan PA Government Services şirkəti sorğunun ilkin yekunlarını noyabrın 6-da axşam elan edəcək. Trend in məlumatına görə, bu barədə oktyabrın 31-də Bakıda treninq seminarın gedişində PA Government Services-in eksperti Robert Baumqartner (Robert Baimqarthner) bəyan edib.

"Bütün gün ərzində respublika ərazisindəki seçki məntəqələrindən məlumatlar Bakıda xüsusi təşkil olunan xüsusi informasiya mərkəzinə toplanacaq. İlkin yekunlar seçki günü axşam, son yekunlar isə seçkilərdən 24 saat sonra açıqlanacaq", -deyə Robert Baumqartner bildirib. Onun sözlərinə görə, "exit poll" seçki məntəqələrinin yarısında (125-dən 65-də) keçiriləcək, seçki dairələri isə xüsusi kompyuter proqramı vasitəsilə seçiləcək. Hər bir dairədə 15 seçki məntəqəsi seçilib, daha doğrusu, elə məntəqələri var ki, burada keçirilən "exit poll"-ların sayı 975-ə çatacaq.

"PA Government Services" nümayəndələrinin yerləşdirilməsinə gəlincə, R. Baumqartner bildirib ki, onlar seçki məntəqəsinin 10-15 metr kənarda yerləşəcəklər. Eyni zamanda, bütün Azərbaycan üzrə yalnız 65 nəfərin "exit roll" qutusunu açmaq hüququna malik olacaq.

Trend in müxbirinin sualını cavablandıran şirkətin eksperti Marqaret Kreker (Marqaret Kreker) qeyd edib ki, "exit roll" blanklarında yalnız üç bənd olacaq: yaş kateqoriyası, cins və namizədlərin siyahısı.

Qeyd edək ki, "PA Government Services" şirkəti bütün dünya tərəfindən tanınan konsaltinq şirkətidir. Bu şirkət Afrika ölkələrində, Qafqazda, Əfqanıstanda və Orta Asiyada çoxsaylı layihələr həyata keçirib.

Xəbər lenti

Xəbər lenti